Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib” - General Elçin İbrahimov

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədi boyu situasiyanın xeyli kəskinləşməsi müşahidə olunur. Belə ki, bu günlərdə Ermənistan ordusunun mövqelərindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçusu Fərzəli Fərzəliyev şəhid olub. Yanvarın 11-də düşmən “Qazax” sərhəd diviziyasının Qazax və Ağstafa rayonları istiqamətində yerləşən mövqelərini yenidən atəşə tutub. Sonrakı günlərdə sərhədçilərimizin mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması davam edib.
Yenixeber.org: Sərhəddə yaranmış son vəziyyəti Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri, general-mayor Elçin İbrahimov şərh edib.
-Son günlər Ermənistan silahlı qüvvələri ilə təmas xəttində, dövlət sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində gərginliyin artması müşahidə olunur. Bu haqda nə deyərdiniz?
-Yanvarın əvvəlləridən başlayaarq həmin istiqamətdə operativ vəziyyət erməni tərəfinin provokativ addımlarının nəticəsi olaraq kəskinləşib. Belə ki, yanvarın 7-də erməni silahlı bölmələri tərəfindən atəşkəsin kobud pozulması nəticəsində snayper atəşi ilə sıravi Fərzəli Fərzəliyev şəhid olub. Bu hadisə birbaşa onu göstərir ki, erməni tərəfi təmas xətti boyu gərginliyi artırmaqda maraqlıdır. Təəsüf ki, düşmənə 5-6 qat artıq cavab verilsə də hər belə hal bizim üçün yeri doldurulması mümkün olmayan itkidir.
-Erməni tərəfinin bu təxribatlarının məqsədi nədir?
-İnanın ki, hər dəfə bu cür təxribatlara əl atan və cavabında ağır itkilərə  məruz qalan düşmənin məntiqini anlamaq çətindir. Ötən il erməni silahlı birləşmələri dəfələrlə öz döyüş mövqelərini dövlət sərhəddi istiqamətində irəli çəkməyə cəhd edib. Bu cəhdlərinq arşısı  bizim tərəfimizdən vaxtında alındı və görülən qabaqlayıcı tədbirlər nəticəsində düşmən üzərində ciddi taktiki, daha da mühüm olanı budur ki, həm də strateji üstünlüklər əldə edildi. Bunun sübutu bizim mövqelərimizin indiki yerləşməsidir.
Cavab tədbirləri nəticəsində bizim döyüş mövqelərimiz dövlət sərhədinin bəzi istiqamətlərində 2 kilometrə qədər irəli çəkildi. Nəticədə yaxınlıqdakı yaşayış məntəqələrinin, magistral yolların təhlükəsizliyini daha etibarlı təmin etmək, şəxsi heyətin daha təhlükəsiz şəraitdə xidmət keçməsinə nail olmaq mümkün oldu.
Bu gün biz sərhədboyu ərazilərdə bir sıra mühüm strateji və həyat vacib obyektləri, o cümlədən Gürcüstan-Ermənistan qaz kəmərini və kompressor stansiyasını nəzarətdə saxlaya bilirik.
-Hadisələrin sonrakı inkişafına dair proqnozlarınız nədir?
-Birmənalı deyə bilərəm ki, erməni silahlı bölmələrinin hər təxribatının qarşısı bizim tərəfimizdən sərt şəkildə alınacaq. Düşmən belə cəhdlərin perspektivsizliyini başa düşməlidir və bilməlidir ki, hər dəfə belə hallarda itki verməli olacaq. Xüsusi qeyd edirəm ki, göstərilən istiqamətdə eskalasiyaya görə bütün məsuliyyət erməni tərəfinin üzərinə düşəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam