Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın uğursuz cəhdləri...

Yenixeber.org: Politoloq Xaqani Cəfərli Putinin 22 illik uğursuz rəhbərliyindən yazıb, Sovet İttifaqının lideri Nikita Xruşşovla müqaysə edib:
Vladimir Putin Rusiyada hakimiyyəti tam ələ keçirməzdən bir gün əvvəl, 30 dekabr 1999-cu ildə “Nezavimaya qazeta”-da “Rusiya minilliyin başlanğıcında” başlıqlı məqalə ilə çıxış edərək uzun sürən böhrandan çıxmaq, ölkənin sürətli və davamlı inkişafı üçün ilkin şərtlər yaratmağı vəd etdi. Həmin məqalədə Putin Rusiyanın qarşıdakı 15 ildə adambaşına düşən ÜDM-ə görə Portuqaliyaya çatmaq və onu ötüb-keçmək vəzifəsini kimi konnkret bir vəzifə qoydu. Putinin Rusiyada hakimiyyəti ələ keçirməsindən 22 il ötür və hələ də Portuqaliyaya çatmaq və onu ötüb-keçməyə nail ola bilməyib. Bu gedişlə Rusiyanın XXI əsrdə Portuqaliyaya çatmaq və onu ötüb-keçmək niyyəti də ancaq arzu olaraq qalacaq. Çünki, adambaşına düşən ÜDM-ə görə Rusiya ilə Potuqaliya arasındakı məsafə getdikcə daha da böyüyür.
Putinin “Portuqaliyaya çatmaq və onu ötüb-keçmək” vəzifəsini irəli sürməsindən 42 il əvvəl, 1957-ci ildə kənd təsərrüfatı işçilərinin Ümümittifaq toplantısında çıxış edərkən Sovet İttifaqının lideri Nikita Xruşşov “Amerikaya çatmaq və onu ötüb-keçmək” vəzifəsini irəli sürmüşdü. Bu vəzifənin qarşıya qoyulmasından 34 il sonra Sovet İttifaqı süqut etdi.
Rusiyanın hansısa ölkəyə çatmaq və ötüb-keçmək kimi uğursuz cəhdlərini bundan sonra da müşahidə edəcəyik. Çox böyük ehtimalla Rusiyanın yeni hədəfi Latviyaya çatmaq və ötüb-keçmək olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam