Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan Arutyunyanla görüşüb -Nəyi müzakirə ediblər?

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüş keçirib.

Yenixeber.org: Bu, Paşinyanın Ermənistan parlament seçkilərindən sonra Arutyunyanla ilk görüşü idi.

Ermənistan baş nazirinin ofisi iyulun 9-da yaydığı məlumatda qeyd olunur ki, Paşinyan bu görüş zamanı Arutyunyana hazırkı vəziyyətlə bağlı təfərrüatlı məlumat verib.

Görüşdə Ermənistan ordusunun 44 günlük müharibədə darmadağın olmasının səbəblərinin öyrənilməsinin vacibliyi bildirilib.

Həmçinin Paşinyan ATƏT-in Minsk qrupu vasitəsilə Qarabağda yaşasyan ermənilərə status ala biləcəklərinə ümid etdiyini vurğulayıb.

Arayik Arutyunyan hazırda Qarabağın ermənilər yaşayan ərazilərində həyata keçirilən sosial proqramlarının icrası haqda məlumat verib.

Arutyunyan da Qarabağın statusu məsələsində ümidini ATƏT-in Minsk qrupuna bağladığını bildirib: “Xoşbəxtlikdən, status prinsipi ATƏT-in Minsk qrupunun gündəliyində müharibədən əvvəl olduğu kimi qalır. Biz bu məsələnin gündəlikdə qalmasına çalışmalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam