Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu cür kampaniyalar onlara başucalığı gətirə bilməz”

 

"Müasir beynəlxalq münasibətlər sistemində əslində bu, bir utanc gətirən prosesdir. Əslində, indiki dövrdə proseslər açıq və şəffaf olmalıdır"

"Xeberinfo.com":  Trend-ə istinadən xəbərə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.
N.Məmmədov bildirib ki, güclü inkişaf edən, demokratiya istiqamətində addımlar atan, regionda liderə çevrilmiş bir dövlətə qarşı bu cür kampaniyanın keçirilməsi onlara başucalığı gətirə bilməz: “Bunların hamısı boş şeylədir. Biz xalqa, özümüzə arxayınıq. Çünki xalq bu proseslərin mahiyyətini başa düşür. Onlar bu cür addımlarla nəsə əldə edə bilməyəcəklər. Düşünürəm ki, bu, dünyada geosiyasi maraqları həyata keçirmək üçün ifrat dərəcədə istifadə olunan atılan addımlardan biridir. Azərbaycanın müstəqil xarici siyasət kursu var, bu kurs ilə bütün dövlətlərlə əməkdaşlıq edir. Azərbaycan bundan başqa variantlara gedən deyil". 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam