Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Şər və böhtan kampaniyası Avropa Olimpiya oyunlarına təsir etmək gücündə deyil”

 

“Azərbaycanda Avropa Olimpiya oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı böhtan və şər kampaniyası daha da güclənir”.

 

"Xeberinfo.com":   Məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

 

Deputat deyib ki, bu cür şər və böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışına təsir göstərmək gücündə deyil: “Biz bu cür beynəlxalq tədbirlərin öhdəsindən dəfələrlə çox uğurla gəlmişik. Bundan əvvəl də “Eurovision” yarışı ərəfəsində bu cür qara kampaniyalar var idi, ancaq biz həmin tədbirin də öhdəsindən uğurla gəldik. Sözsüz ki, bundan sonra da Azərbaycan hökuməti bu cür tədbirlərin öhtəsindən uğurla gələcək. Ancaq burada təəssüfedici məsələ odur ki, bəzi dairələr Azərbaycana qarşı şər və böhtan kampaniyası həyata keçirir. Mən buradan bütün millət vəkilləri və media nümayəndələrinə səslənirəm və xahiş edirəm ki, Azərbaycana qarşı yönələn şər və böhtan kampaniyasına onlar adekvat addımlar atsınlar”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam