Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

“Avropa Oyunları Azərbaycanı dünyada daha da tanıdacaq”

 

“İlk dəfə keçiriləcək “Bakı 2015” Avropa Oyunları Azərbaycanı dünyada daha da tanıdacaq”.

"Xeberinfo.com":  Məlumata görə, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fərhad Qəribov bildirib.

 

Onun sözlərinə görə, indi Azərbaycanın bütün regionları inkişaf edir, gözəlləşir. F.Qəribov deyib ki, Avropa Oyunlarını izləməyə gələn əcnəbilər Azərbaycandakı real vəziyyəti, inkişafı bir daha görəcəklər: “Azərbaycanı istəməyənlər də ölkəmizdəki inkişafa bir daha şahid olacaqlar. Eyni zamanda “Bakı 2015” ilk Avropa Oyunları Dağlıq Qarabağ münaqişəsinin dünyada tanıdılmasına da yeni imkanlar yaradacaq. Bakıya gələn xarici qonaqlar Azərbaycanın üzləşdiyi münaqişə ilə tanış ola biləcəklər”.

Deputat yarışları izləməyə ailəvi gedəcəyini də vurğulayıb: “Avropa Oyunlarında mütləq ailəmlə gedib iştirak edəcəm. Artıq bilet alınması üçün tapşırıq da vermişəm”.

 “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına da toxunan F.Qəribov deyib ki, bu cür hallar dünyanın hər yerində mövcuddur: “Ancaq Azərbaycanda daha yüksəkdir. Bizim müxalifətdən hər şeyi gözləmək olar. Erməni nə deyirsə, müxalifət də onu deyir. Azərbaycanın xeyrinə nə danışılırsa, müxalifət də mütləq bunun əleyhinə olmalıdır. Onlara görə, biz yaxşı işimizə pis deyilməsinə artıq öyrənmişik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam