Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ermənistanda seçki biabırçılığı: Söyüş və təhqirlər havada uçuşur

 

Ermənistanda seçki biabırçılığı:  Söyüş və təhqirlər havada uçuşur
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik pik nöqtəyə çatıb.
Yenixeber.org: Namizədlər opponentlərinin daha çox ailə məsələlərini gündəmə daşımaqla, söyüş və hədə dili ilə çıxış edərək, bu yolla seçki təşviqatlarında divident qazanmağa çalışırlar.

İş o yerə çatıb ki, bu gün Ermənistanın ombudsmanı ölkəsində seçki kampaniyaları ilə bağlı yol verilən qanunsuzluqların, təhqir və təhdidlərin dözülməz həddə olduğunu etiraf edib.

Bununla bağlı Ombudsman aparatının yaydığı bəyanatda deyilir ki, seçki barədə fikirlərini bildirən siyasətçilər vətəndaşların təhqir və zorakılığına, o cümlədən bu istiqamətdə foto və videolarını paylaşılmasına son qoyulmalıdır.

"Seçki kampaniyasının qəzəbli və həyəcan təbili çalan təzahürlərindən biri də müxtəlif siyasi qüvvələrin tərəfdarlarının qarşı tərəfi dəstəkləyən və ya ona qarşı çıxan vətəndaşların foto və videolarını hazırlayıb yayması, təhqiramiz ifadələr, ədəbsiz sözlər və alçaldıcı ifadələrə yol verməsidir".



Bəyanatda, həmçinin bildirilir ki, seçkilərlə bağlı foto və videolarda təhqiramiz, ədəbsiz mesajlar yayımlanır. İnsan Hüquqları Müdafiəçisi Ofisinin araşdırmaları göstərib ki, sosial şəbəkələrdə bu cür xoşagəlməz görüntülər geniş vüsət alıb. Beləliklə, vətəndaşlar lağa qoyulur, kampaniyalar təhqir və nifrət çağırışları ilə müşayiət olunur, insanların ləyaqəti alçaldılır.

"Belə xoş olmayan hadisələrə son qoymağa çağırıram və seçki kampaniyasında iştirak edən bütün siyasi qüvvələr tərəfdarlarını təhqir, nifrət və alçaldıcı rəftardan çəkinməlidirlər. Bu seçkilərin əsas hədəflərindən biri ölkədə həmrəyliyi bərpa etmək və qanunun aliliyini təmin etməkdir", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, seçkiöncəsi həm Serj Sarkisyan, həm Robert Koçaryan, həm də Nikol Paşinyan dəfələrlə təhqiramiz ifadələr və hədələrdən istifadə edir. Siyasi liderlər hətta ailə məsələlərini də gündəmə daşımaqdan çəkinmirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam