Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“İzvestiya”nın müxbirindən Paşinyana "tərs şillə"-"...sizin müavininiz baş nazir olacaq"

 

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Kazan şəhərində Avrasiya İqtisadi Birliyi hökumət başçılarının toplantısı zamanı “İzvestiya” qəzetinin müxbirinin gözlənilməz sualı ilə qarşılaşıb və özünü itirib.

Yenixeber.org: Jurnalist ona müavini Tiqran Avinyanın seçkilərdən sonra baş nazir olacağı haqda sual verib.

“Müxalifət nümayəndələri baş nazir postuna sizin müavininiz Tiran Avinyanın namizədliyini təklif edir”,-jurnalist Paşinyana bildirib. Ermənistan baş naziri bu məlumat qarşısında açıq-aşkar özünü itirib, nəsə deməyə çalışıb. Amma jurnalist davam edib və ona sual verib: “Tiqran Avinyan baş nazir olacağı halda Rusiya ilə hansı münasibətlər quracaq?”

Paşinyan deyib ki, Avinyan onun müavinidir, onun siyasi komandasının üzvüdür və aralarında fikir ayrılıqlarının yaranacağını gözləmir. “Bağışlayın, Tiqran Avinyan mənim siyasi tərəfdaşımdır. Mən düşünürəm ki, biz seçkilərə birlikdə gedəcəyik və aramızda fikir ayrılıqları olmayacaq”,-o bildirib.

Bu vaxt jurnalist Paşinyana istefa verdiyini xatırladıb, amma o deyib ki, baş nazirin səlahiyyətlərini icra etməkdə davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam