Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna Ali Radasında “Ölümsüz alay” aksiyası

 

               Müxalif deputatlar bildiriblər ki, Ukrayna əsl qəhrəmanları unutmamalıdır

Yenixeber: Ukraynanın "Müxalifət Platforması - Həyat Üçün" Partiyasından olan deputatları Ali Radanın iclasında "Ölümsüz alay" aksiyası keçiriblər. UNİAN bildirir ki, deputatlar tribunalara Böyük Vətən müharibəsində iştirak etmiş yaxınlarının və hərbi liderlərinin portretlərini gətiriblər.

 

Ali Radanın müxalif üzvləri bildiriblər ki, Ukrayna əsl qəhrəmanları unutmamalıdır.

 

“Biz Ukraynada mütləq əksəriyyətik. Bunu hamının görməsi üçün 9 May – Qələbə Günü nümayiş etdirməliyik”, - deyə deputat Vadim Rabinoviç bildirib.

 

Qeyd edək ki, "Ölümsüz alay" aksiyası 9 may tarixində Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində baş tutur. Yürüş iştirakçıları İkinci Dünya müharibəsində iştirak etmiş öz qohumlarının fotolarını nümayiş etdirirlər.

 

Xatırladaq ki, Ukraynada 2015-ci ildən bu yana 9 May – Qələbə Günü İkinci Dünya müharibəsində Nasizm üzərində Qələbə Günü adlanır. Əsas bayram tədbirləri Avropa qaydasına uyğun olaraq 8 mayda keçirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam