Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Ukrayna Ali Radası fəaliyyətə başladı

 

Ukraynada ötən ayın sonunda keçirilən növbədənkənar seçkilərdə formalaşan Ukrayna Ali Radasının bu gün ilk iclasi keçirilib. Ali Radanın artıq yeni sədri də seçilib.

"Xeberinfo.com":  Bu Pyotr Poroşenkonun blokunun liderlərindən olan Vladimir Qroysmandır. Yeni sədr çıxışında Ukraynanın Krımı özünə qaytarmalı və Donbassı bərpa etməli olduğunu bildirib.Məlumata görə, yeni tərkiblə fəaliyyətə başlayan Ukrayna Ali Radasının açılışını Radanın köhnə sədri Aleksandr Turçinov açıb. Ölkənin şərqində silahlı münaqişə zamanı həyatını itirən hərbçilərin və mülki şəxslərin xatirəsi də bir dəqiqəlik sükutla yad edildikdən sonra Radaya yeni seçilmiş deputatlar and içiblər. 
İclasda Ukrayna prezidenti Pyotr Poroşenko da iştirak edib.

Yeni hökumətin tərkibinin gələn həftənin ikinci günü təsdiqlənməsi planlaşdırılır. 

5 siyasi qüvvənin iştirakı ilə qurulan qərbyönlü-millətçi koalisiya, yeni hökuməti formalaşdırmaq üçün tələb olunan sadə çoxluqla (226 səs) yanaşı, Konstitusiyanı dəyişmək üçün tələb olunan mütləq çoxluğa da (300 səs) malikdir. Belə bir hadisə Ukraynanın müasir tarixində ilk dəfədir ki, baş verir. 

Son məlumatlara görə, Ukrayanın Baş naziri postuna yenidən Arseni Yatsenyuk seçilib. Yen Nazirlər Kabinetinin yeni tərkibinin isə dekabrın 2-də elan ediləcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam