Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bayden özünü dəvəquşuna bənzədib-Partiya sədri yazır

 

Ermənilər Baydenin “soyqrım” ifadəsinin onları regionda daha çox təcrid halına gətirəcəyini başa düşəcək qədər ağıla da sahib deyillər

Yenixeber.org: ABŞ-nın prezidenti Bayden aprel ayının 24-də tarixdə qətiyyən baş verməyən, uydurma “erməni soyqrımı” ifadəsini işlədib. Payden bununla özünün və ABŞ-nın güya insan haqlarına qiymət verdiyini nümayiş etdirmək istəyib. Amma unudur ki, tarixdə ən böyük soyqrımı məhz ABŞ yerli hindulara qarşı törədib, milyonlarla hindunu yalnız hindu olduğuna görə məhv edib, döğma torpaqlarından didərgin salıb! Özlərinin hindulara qarşı tarixən sübut edilmiş soyqrımını “unudan” Bayden heç bir zaman baş verməyən “erməni soyqrımı”nı tanımaqla özünü başını kola soxub gizləndiyini hesab edən dəvəquşuna bənzədib. Bayden bilməmiş deyil ki, “erməni soyqrımı” heç vaxt olmayıb! Amma onu da bilir ki, həm ABŞ, həm də Rusiya, eləcə də, bəzi Qərbi Avropa liderləri 100 ildir ki, qondarma “erməni soyqrımı”nı Türkiyəyə qarşı bir siyasi təzyiq vasitəsi kimi istifadə ediblər və bu beləcə də davam etməkdədir. Ancaq onu unudurlar ki, bu cür cılız siyasətlə Türkiyəni haqq yolundan döndərə, öz müstəqil siyasətini yürütməkdən vaz keçməyə, vassal olmağa vadar edə bilməyiblər və heç vaxt da buna nail ola bilməyəcəklər! Qəribəsi, daim türklərə qarşı istifadə edilən alət rolunu oynayan, köçəri, insanlara məxsus bütün mənəvi keyfiyyətlərdən məhrum olan, qaniçən, yırtıcı, təcavüzkar bir toplum olan ermənilərin sevincidir. Bu bədbəxtlər hələ də başa düşmürlər ki, ermənilər, onları taleyi nə ABŞ-nın, nə Rusiyanın, nə də Qərbi Avropa dövlətlərinin vecinə belə deyil, onlar yalnız regionda öz məqsədlərini güdən bu dövlətlərin əlində araqarışdıran maşadırlar! Göründüyü kimi, ermənilər Baydenin “soyqrım” ifadəsinin onları regionda daha çox təcrid halına gətirəcəyini başa düşəcək qədər ağıla da sahib deyillər. Hər şeydən göründüyü kimi 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan ermənilər hələ də ağıllanmayıblar. Deməli onları ağıllandırmaq üçün daha güclü yumruğa ehtiyac var. Hadisələrin gedişi bu yumruğun yedişdiyini göstərir...

Teyyub Qənioğlu: xüsusi olaraq yenixeber.org üçün.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam