Ermənistanda Zəngəzur xofu, Ağrı dağı sancısı və... -Bakının hədəfə dəyən xəbərdarlığı
Məğlub ölkə “Türk ekspansiyası”ndan belə qorxursa, nədən iki qonşu dövlətin ərazi bütövlüyünü tanımır? Türkiyəli general: “Düyü həvəsinə düşən ermənilər əllərindəki bulğurdan da məhrum ola bilərlər...”
Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə son müsahibəsində tarixi torpağımız olan Zəngəzur və Zəngəzur dəhlizi barədə söylədiyi fikirlər Ermənistanda əməlli-başlı təşviş yaradıb. İstər rəsmi səviyyədə (XİN) olsun, istərsə də qeyri-rəsmi və ekspert çevrələrində bunu “suveren Ermənistana qarşı ərazi iddiası”, “hərbi təhdid” kimi qələmə verərək, növbəti dəfə mərəkə, hay-küy qaldırıblar.
İrəvandan gələn xəbərlərə görə, məğlub ölkədə müttəfiq Rusiya başda olmaqla, “Minsk üçlüyü” dövlətləri, Qərb, o sırada srağagün AŞ PA-dakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Almaniya kansleri Angela Merkel susqunluqda, hətta “ikili standart” yanaşmasında ittiham edilir. Yəni ki, “Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən, nədən Ermənistana da eyni münasibət sərgiləmirsiz?”
*****
Yada salaq ki, Merkel çıxışı zamanı Avropa məkanında ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməməsini ümum-Avropa dəyərlərinə zidd saydığını söyləmiş, nümunə kimi Dağlıq Qarabağ konfliktini və Krımın ilhaqını göstərmişdi.
Ancaq nə Azərbaycan, nə də Türkiyə KTMT üzvü olan və Rusiyanın hərbi-siyasi və təhlükəsizlik zonasında yerləşən Ermənistana hücum eləməyə hazırlaşmır. Buna lüzum yox. Bakı, sadəcə, ermənilərə hansı torpaqlarda dövlət qurulduğunu onlara xatırladır və özlərini yaxşı aparmağı tələb edir. Hərçənd Azərbaycanın Ermənistana ərazi iddiası üçün bütün qanuni və tarixi əsasları, haqqı var.
Bununla belə, İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim heç bir dövlətə, o cümlədən Ermənistana ərazi iddiamız yoxdur və Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, yetər ki, rəsmi İrəvan da eyni mövqeni bəyan eləsin. Bu isə hələ də gözə dəymir. Tam əksinə, Azərbaycan liderinin bəyanatının ardınca prezident Armen Sərkisyan Tiflis səfəri zamanı gürcü həmkarının iqamətgahındakı “Xatirə kitabı”nda öz ürək sözlərinin altında həyasızcasına Türkiyədəki Ağrı dağının konturlarını çəkməklə, bir daha ölkəsini beynəlxalq hüquq müstəvisindən kənarda qoymuş oldu.
İndi madam ki, siz “artsax”, “Ağrı dağ” şivəni ilə qonşu Azərbaycanın, Türkiyənin ərazi bütövlüyünü tanımaq istəmirsiniz, madam ki, “biz də sizinlə (Türkiyə və Azərbaycanla - red.) sülh müqaviləsi imzalamağa hazırıq” deyə bilmirsiniz, o zaman nədən Bakı və Ankara da Ermənistanın ərazi bütövlüyünü tanımalıdır?
Ayrı sözlə, özünüzə rəva bilmədiyinizi nədən başqalarına görürsünüz? Qısası budur ki, əgər erməni xalqı “Türk ekspansiyası”ndan bunca narahatdırsa və gerçəkdən də regionda sülh və əmin-amanlıq içində mövcud olmaq, tərəqqi tapmaq arzusundadırsa, təlaşdan qurtulmağın ən bəsit yolu bəlli: İrəvanın da hər iki qonşu dövlətin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanıması. Yoxsa qarşı tərəf “dəmir yumruğun” növbəti yağlı zərbələrini yeməyə hazır olmalıdır...
*****
“Ermənilər elə etməsinlər ki, Ağrı dağında düyü yemək istədiyimiz halda, gəlib Göyçə mahalında, Zəngəzur elində və qədim Azərbaycan torpağı İrəvanda rəqs edək”’.
Belə bir açıqlamanı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz verib. Karauz vurğulayıb ki, hətta gerbində Ağrı dağının rəsmi olan Ermənistan beynəlxalq diplomatik qaydaları heçə sayaraq dövlətlərarası nəzakət prinsiplərini görməzdən gəlməyə davam edir. Onların bu addımını həyasızlıq adlandıran general deyib ki, Ermənistan Ağrı dağı xülyasından əl çəkməsə, ehtiyac olacağı təqdirdə Göyçəyə də, İrəvana da türkün ayağı dəyəcək.
Yücel Karauz
“Görünən odur ki, ac toyuq yuxusunda darı gördüyü kimi Ermənistan rəhbərliyi də Ağrı dağı sevdasından əl çəkmir. 2011-ci ildə Ermənistan prezidenti (Serj Sərksiyan - red.) tələbələrin Ağrı dağı ilə bağlı sualına belə cavab vermişdi: ”Biz Qarabağı aldıq, bizim nəsil vəzifəsini yerinə yetirdi. Sizlər də öz üzərinizə düşən vəzifəni yerinə yetirib Ağrı dağını alacaqsınız". Keçmiş illərdə Rusiyanın antitürk müxalifətçi siyasətçilərindən olan Vladimir Jirinovski isə “yaxın 15 il ərzində Ermənistan bayrağı Ağrı dağında dalğalanacaq” deyə bildirmişdi. Ermənistan prezidenti Armen Sərkisyanın Gürcüstan səfəri çərçivəsində yol verdiyi hərəkətlər də bunu təsdiqləyir’’, - deyə türkiyəli general qeyd edib və onu da bildirib ki, bu minvalla düyü həvəsinə düşən ermənilər əllərindəki bulğurdan da məhrum olacaqlar.
*****
Beləcə, ermənilərin kamala və məntiqə gəlməsi üçün Bakıdan, qardaş ölkədən siqnallar verilməyə davam edir. Əfsus ki, cəmi 5 aydır başa çatmış müharibədəki leşlərini hələ də tam yığışdıra bilməyən ermənilər özlərinin iflas olan ölkələri, iqtisadiyyatları barədə düşünmək əvəzinə, heç nə olmayıbmış kimi Azərbaycan və Türkiyəyə qarşı sərsəm torpaq iddialarından maniakalcasına əl çəkmirlər. Özü də bunu rəsmi səviyyədə, açıq bəyan və elan edirlər! Biri “artsax dövləti” və onun mifik “sərhədləri”ndən dəm vurur, digəri Bakı ilə sülh üçün “öz müqəddəratı təyinetmə” şərtini irəli sürür, o biri - Armen Sərksiyan isə Ağrı dağının rəsmini çəkməklə öz qarnının sancısını ifadıə edir. İt kimi həm qorxurlar, həm də qorxutmağa çalışırlar.
Burada deyiblər, günah indi öləndədir, yoxsa öldürəndə...
“Müsavat”