Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Rusiya bayrağı gəzdirən hər bir adamı...” -Ukraynanın ilk prezidentindən ŞOK AÇIQLAMA

 

Ukraynanın birinci prezidenti Leonid Kravçuk Rusiya bayraqları gəzdirən insanlara şəxsi silahından atəş açmağa hazır olması ilə bağlı dediyi sözləri izah edib.

Yenixeber.org: O, bu barədə “Ukrayna 24” telekanalına danışıb.

Kravçuk məsələni bir qədər şişirtdiyini, amma deyilənlərdən peşman olmadığını bildirib:

“Bunu deyən tək mən deyiləm, bəlkə milyonlarla insan belə düşünür. Əminəm ki, Ukrayna üçün belə çətin bir dövrdə hər bir ukraynalı eyni zamanda müdafiəçi, vətənpərvər vətəndaşdır”.

Kravçuk İsveçrəni nümunə göstərib: “İsveçrə hər ailənin silahının olduğu və ondan torpağını və xalqını qorumaq üçün istifadə edilə bilən bir ölkədir. Ukraynanın düşmənləri Ukraynadan qovulmalıdır”.

Leonid Kravçuk bundan əvvəl jurnalist Dmitri Qordonla müsahibəsində rezonans yaradan açıqlama verib. Jurnalist həmsöhbətindən paraşütlü bir şəxsin evinin yaxınlığında Rusiya bayraqları ilə tullansa, onu güllələyib-güllələməyəcəyini soruşub. Keçmiş Ukrayna lideri buna müsbət cavab verib və evinə girməmələri üçün düşmənlərinə də xəbərdarlıq edib.

O, daha əvvəllər ölkənin cənub-şərqində yenidən hərbi qarşıdurma baş verəcəyi təqdirdə Ukraynanın düşmənlərini şəxsən öldürəcəyinə söz verib: “Silah təmizlənib, hazır vəziyyətdədir”./teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam