Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Biz bu cinayətkarları əməkdaşlığa cəlb edirik...

Biz bu cinayətkarları əməkdaşlığa cəlb edirik...

Bu günlərdə baş verən bir hadisə Azərbaycan cəmiyyətini tam da çaşdırmışdır. Məsələ ilə tanış olduqda nə baş verdiyini anlamağa çalışan bir çox insanlar ermənilərə aid sözü gedən sökülmüş bir ibadət yerinin harada olduğunu anlamağa çalışır və əksəriyyət isə bu yerin, şəhər və ya kəndin harda olduğunu tapa bilmir. 

Yenixeber.org: Erməni mənbələrində bu yerin adı “mexakavan” gedir və bu adı da Azərbaycanda eşidən və bilən kimsənin olduğunu demək çox çətindir. Hər kəs də bu adı keçmiş DQMV ərazisində, erməni əhalisinin yaşadığı yerlərdə axtarırdı. Ermənistan mətbuatı ilə maraqlanan adamlar da bu adla hansı bölgənin adlandırıldığını da tam da anlamır. Sonra məlum olmuşdur ki, sökülmüş bu bina Cəbrayıl rayon ərazisindədir və işğalçı qüvvələr Cəbrayılın adını özləri üçün dəyişdirib “mexakavan” adlandırblar. Kimi və nəyi təmsil etdiyi də məlum deyil.

Azərbaycanda Ermənistanı yaxından izləyən dairələr bilirdilər ki, 2016 Aprel döyüşlərindən sonra ermənilər artıq “bir qarış torpaq da verilməyəcək” (Ни пяди земли) siyasəti adı altında burada özlərinin dediyi kimi Araz sahilində böyük bir şəhər salmağı müzakirə edir və planlaşdırırdı. İstər Serj Sarkisyanın, istərsə də Paşinyanın nazirləri gəlib burada Azərbaycana qarşı “Ни пяди земли” adı altında gurultulu bəyənatlar verir və  “Ermənistanın təhlükəsizliyi Azərbaycana bir addım da olsun torpaq verilməsini imkansız edir” deyirdilər.

Ermənilərin dediyi həmən ibadət yeri də burada 2017-ci ildə “erməni xalqının iradəsini və qətiyyətini” ifadə edən rəmz kimi tikilib başa çatdırılmışdır. “Biz burdayıq və hər zaman da burada olacağıq”-şüar da bu idi.  İşğalçı qüvvələrin hərbi personalı üçün nəzərdə tutulan bu binaya bir zamanlar Minsk qrupu həmsədrləri də baş çəkmiş və onlar da yəqin ki, həmişə olduğu kimi  bu işə də “отнеслись с пониманием”.

Azərbaycan ordusu bu əraziləri işğaldan azad edəndən sonra bu bina da işğalın mirası kimi haqlı olaraq sökülmüşdür.  Yoxsa kimsə gözləyidi ki, işğal qüvvələrinin abidəsi kimi Azərbaycan onu da dövlət qorumasına alacaq?

İşğalın bu mirasının məhv edilməsi Ermənistan hökuməti tərəfindən xristianlığa qarşı da bir addım kimi qiymətləndirilmişdir. Belə çıxır ki, bu talançı erməni zümrəsi xristian imiş. Demək, bu rayonları və minlərlə kəndləri yer üzündən silən və yerin altında yatan minillik ölülərin sümüklərini çöllərə səpələyən məxluqlar da xristian imiş.  Bu cür vəhşiliyin müəllifləri xristianlar ola bilərmi? Əsla yox. Özlərini Xristian sayan insanlar dünyanın ən insanpərvər, insanlara ancaq kömək edən, köməyini əsirgəməyən, sülh və insaniyyət və sevgi daşıyan insanlardır. İnsan sevgisi onların meyarıdır. Onlarla  mən  Amerikada və Avropada şəxsi təmaslarımla şahid olmuşam.

Bu vəhşiliyi törədənlər isə xristian ola bilməz, onlar ancaq xristian dəyərlərinə zidd olan nifrət, kor millətçilik, rasizm, qatillik tərbiyə olunan bir cəmiyyətdə ola bilər. O da göz qabağındadlr.

Ermənistan, Cəbrayılı işğal etmiş, yerli əhalinin həyatını məhv etmiş,evlərini və mülklərini yer üzündən silmiş, qəbristanlıqlarını dağıtmış və qəbirlərdə qalan ölülərini qəbirdən çıxarıb dərələrə səpələmiş və sonra Cəbrayılın adını da dəyişmiş və onun xarabalıqları üzərində vəhşi düşüncə ilə bu vəhşiliklərin iştirakçılarına ibadət yeri tikmişdir. O zaman onlar bu xarabalıqlar və məhv edilmiş insan qalıqları üzərində nəyə ibadət etmişlər?  Şeytanamı?   Görəsən bu canlılarda insanlıq hissləri varmı?

İndi isə bu vəhşi qüvvələr torpaqlardan qovulmuş və silah və texnikası ilə birlikdə işğalçıların bütün irsi də haqlı olaraq məhv edilmişdir.  Nəticədə isə törətdiyi cinayətlərin məsuliyyətini hələ də daşımaq istəməyən qəddar düşmən “mənim  mexakavanda dini mərkəzim dağıdılıb” deyir və hələ onun  baş prokurorluğu “insanlığa və bəşəriyyətə qarşı cinayət” adı ilə Azərbaycana qarşı cinayət işi də qaldırır.(преступлений, совершенных против человечества и мира, а также грубого нарушения норм международного гуманитарного права).  Buna nə ad vermək olar? Человечество когда - либо сталкивалось с такой степенью наглости, которая не имеет предела?.    

Görəsən alman faşistləri sovet ittifaqı ərazisində və ya şərqi avropada nasizmin mirasları dağıdılan zaman da etiraz edirdilərmi?  Yəqin ki, Nürnberq olmasaydı etiraz edərdilər....

Biz isə bu hərbi cinayətkarları regional əməkdaşlığa cəlb edirik....

P.S.  Mən təəccüb etdim ki,  “Türkiyənin Cəbrayılda  məskunlaşdırdığı minlərlə cihadçı Suriya və Liviya terrorçularının” bu binanın dağıdılmasında rolu ilə bağlı Ermənistanın  bəyənatında bir söz deyilmir. Bəs cihadçı terrorçular hardadır? Axı onların adı getsəydi sizin bəyənat beynəlxalq birlik üçün daha da cəlbedici olardı..... Gələn dəfə onları unutmayın.

Elxan Mehdiyev,Siyasi şərhçi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam