Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müxalifətdən Paşinyanın istefa bəyanatına reaksiya

           Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefa bəyanatına reaksiya veriblər.
Yenixeber.org: "Vətənin xilası hərəkatı"nın liderlərindən biri, "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan Paşinyanın fəaliyyətini onkoloji xəstəliklə müqayisə edib.

“Biz şişi götürə bilmədik, ancaq yayılmasının qarşısını ala bildik. Əks təqdirdə, Ermənistanın müxtəlif bölgələrində yeni ərazilərimizi itirmiş olardıq”, - deyə Saqatelyan bildirib.

O, baş nazirin növbədənkənar seçkilərin köməyi ilə xilas olmağa çalışdığını hesab edir. Saqatelyanın fikrincə, etiraz aksiyaları baş nazirin istefasından sonra da davam edəcək.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcəyini açıqlayıb.

“Yaxın günlərdə, aprel ayında mən vəzifəmdən istefa verəcəyəm. Bu, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar olacaq. Seçkilərə qədər mən baş nazir vəzifələrini icra edəcəyəm”, - Paşinyan deyib.

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam