Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Bakı və Ankara erməni Sünikinə göz dikib" -İran "saçlarını yolur"

Türkiyə hərbi təlim keçirmək məqsədilə Ermənistanla sərhədə hərbi texnika yeridib. 

Yenixeber.org: Bu barədə martın 24-də İranın «Azariha» Teleqram-kanalı xəbər verib. Xəbərlə bərabər kanal bir neçə foto da dərc edib. Fotolardan Türkiyə ordusunun tankları, özüyeriyən artilleriya qurğuları və zirehli maşınları görünür.

İddia olunur ki, Ermənistanla sərhəddə təlimlər üçün hərəkətə gətirilmiş ağır zirehli texnika və zərbə sistemləri bundan əvvəl Suriya hərbi səhnəsində istifadə olunub. Bu zaman «Azariha» bir qədər də irəli gedərək, bildirir ki, Ankara və Bakı pespektivdə "erməni Sünik vilayətinə" hücum etmək niyyətindədir. Sünik İranla həmsərhəddir və Azərbaycanın «materik» hissəsini Naxçıvan anklavından ayırır.

«İran dəfələrlə bəyan edib ki, bölgənin beynəlxalq sərhədlərinin dəyişdirilməsi onun üçün qırmızı xətdir. Tammiqyaslı müharibənin qarşısını almaq üçün İranın silahlı qüvvələri təcili surətdə Ermənistanla Naxçıvan arasındakı sərhəd boyunca yerləşməlidir» - materialda qeyd olunur.

Biz də Azərbayan olaraq, mollaların bu avantürasına əlüstü cavab vermək zorundayıq: «Ey, ləbbadə altında gizlənmiş məlun fars mollası, arzuladığının əvəzinə, qulağının dibini görərsən! Səni kimin iti dişləyib - ermənidən artıq erməni olmaq istəyisən? «Erməni Süniki» deyib də göz yaşı tökürsən, bilmirsən ki, həmin ərazi Sünik yox, Zəngəzurdur və tarixi Azərbayan torpağıdır?! Düşük-düşük ağlama, rəhmətlik M.Ə.Sabir demiş, «Ağladıqca kişi olur biqeyrət, necə ki, İran ağladı, oldu…»

Bir ismarış da ağayi Cavad Zərifə göndərmək istəyirəm: Ermənistanın ərazi bütövlüyü sənin üçün "qırmızı xətdirsə", TÜPÜRÜM SƏNİN XƏTTİNƏ!

 

(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam