Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Avqusta kimi erməni silahlıları Qarabağdan çıxarılacaq“ -Hərbi ekspert

“Avqusta kimi erməni silahlıları Qarabağdan çıxarılacaq“  - Hərbi ekspert

“İndiki qayda ilə davam etsə, bu ilin avqustuna qədər Qarabağdakı erməni silahlılarının tam əksəriyyəti çıxarılacaq”.

Yenixeber.org: Bunu hərbi təhlilçi Cəsur Məmmədov bildirib.

O deyib ki, açıq və özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, hazırda proses aşağıdakı formada davam edir:

- Qarabağ “silahlı qüvvələri”nin Ermənistan vətəndaşları və Silahlı Qüvvələri hesabına komplektləşdirilməsi prosesi demək olar ki, dayanıb. Ermənistandan Azərbaycana açıq və gizli silah və əsgər daşıma cəhdləri olsa belə, bunlar ümumi prosesə ciddi təsir göstərmir;

- Qarabağda “hərbi xidmət”də olan Ermənistan vətəndaşlarının tərxis olunmaları ya da xidmətlərini Ermənistanda - Ermənistan SQ-də davam etdirmələri üçün sənədləşmə işləri başa çatıb, həmin əsgərlərin Ermənistana göndərilməsi prosesi başlanıb;

- Qarabağdakı yerli əhalidən ibarət silahlıların sayı azaldılır, ərazilərdə təhlükəsizliyə nəzarət Rusiya sülhməramlılatına keçir;

- Qarabağdakı erməni silahlılarına məxsus ağır texnika, artilleriya qurğuları və s. Ermənistana daşınır;

- Ermənistan SQ tərkibində yeni xüsusi hərbi birləşmənin yaradılacağına, qarabağlı “silahlı”ların gələcəkdə orada xidmət keçəcəyinə dair məlumatlar var.

“Ümumi məlumatlara görə, Qarabağdakı erməni silahlılarının hazırki sayı 5 minə yaxındır. Müharibədən sonrakı dövrdə həmin say 10 mindən yuxarı idi. Qarşıdakı aylarda bu sayın dəfələrlə azalması gözlənilir.

Bu proses uğurlu davam edəcəyi təqdirdə bölgədəki Azərbaycan hərbi birləşmələrinin düzülüşünə və döyüş tapşırıqlarına da təsir edəcək. Azərbaycan Silahlı Qüvvələri tədricən öz yerini hüquq-mühafizə orqanlarına verəcək. Azərbaycan-Ermənistan dövlət sərhədi tamamilə Sərhəd Qoşunlarının nəzarətində olacaq. Beləliklə, Azərbaycanın yeni müstəqillik tarixində ilk dəfə olaraq Ordu “istirahət”ə gedərək sülh dövrünün qaydalarına uyğun fəaliyyət göstərməyə başlayacaq. Əlbəttə, əgər hər şey plan üzrə getsə...”,-deyə C.Məmmədov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam