Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Postlardan çəkilin, Qafanı artıq veriblər” -Ermənistan Baş Prokurorluğu HƏRƏKƏTƏ KEÇDİ

“Postlardan çəkilin, Qafanı artıq veriblər” - Ermənistan Baş Prokurorluğu HƏRƏKƏTƏ KEÇDİ

Ötən gün sosial şəbəkələrdə Ermənistan ordusunun Azərbaycanla sərhəddə, Qafan şəhəri ətrafındakı postlarından birində dayanan hərbçilərinin acınacaqlı vəziyyəti barədə qalmaqallı videorolik geniş rezonans doğurub.

Yenixeber.org: Erməni KİV-ləri yazır ki, həmin videoda acınacaqlı vəziyyətdə görünən hərbçi rabitə əlaqələrinin, silahlarının olmadığını bildirir.

“Əmr verdilər, postlardan çəkilin, çünki Qafan artıq verilib. Üç tərəf türklərin (azərbaycanlı) postlarıdır. Onların hər postunda 50-60 nəfər var, biz isə cəmi 9 nəfərik” - erməni hərbçilərindən biri belə deyib.

Qeyd edək ki, videorolikin yayılmasından sonra Ermənistan Baş prokurorluğu araşdırma başladıb, postun komandiri isə hərbi polisə çağırılıb.

Məsələ ilə bağlı Ermənistanın hüquq müdafiəçisi Ruben Melikyan bildirib ki, postun komandiri Artak Arutyunyan gecə yarısı hərbi polisə çağırılıb.

“Mən başa düşə bilmirəm ki, post komandirinin hərbi polisə çağırılması nəyə lazımdır. Çünki qaldırılan problem qismən də olsa yerli imkanları ilə həll edilə bilər”. / Metbuat.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam