Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın "masa"sında Ukrayna ilə danışmaq planı yoxdur –RƏSMİ

  
             Donbassda təmas xəttində gərginliyin artması Kremlin “narahatlığına” səbəb olub. 
Yenixeber.org: Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə belə deyib.
"Bu cür qaynar nöqtədə gərginliyin istənilən səviyyədə artması potensial olaraq müxtəlif təxribatlara yol aça bilər. Ukrayna Silahlı Qüvvələrinin təcavüzkar mövqeyini nəzərə alaraq, əlbəttə ki, biz bu barədə narahatlıq keçiririk", - Kremlin nümayəndəsi vurğulayıb.
 
Peskov Rusiya Federasiyasının Müdafiə Nazirliyi və Rusiyanın xüsusi xidmətlərinin vəziyyəti diqqətlə izləmək imkanı olduğunu açıqlayıb. O qeyd edib ki, Prezident Administrasiyası vəziyyəti dəqiq izləyə bilmir. "Bununla belə, biz təmas xəttində son bir ay ərzində gərginliyin əhəmiyyətli dərəcədə artdığı barədə məlumat alırıq", - deyə o vurğulayıb.
 
RF prezidentinin mətbuat katibi əlavə edib ki, bu məsələdə KİV-in də üzərinə böyük məsuliyyət düşür. Donbassdan olan insanlar tərəfindən sonradan yalanlanmış məlumatların mahiyyəti üzrə dərc edilməsi hallarını yada salan Peskov vurğulayıb ki, "təmas xəttində həddindən artıq gərginliyi nəzərə almaqla, burada çox ehtiyatlı olmaq və informasiyanı on dəfə yoxlamaq lazımdır".
 
Rusiya və Ukrayna liderlərinin Vladimir Putinlə Vladimir Zelenskinin mümkün ikitərəfli əlaqələrindən danışan Kreml nümayəndəsi bildirib ki, Moskva hələlik belə görüşlərin təşkili ilə bağlı təklif almayıb. Peskov onu da vurğulayıb ki, “masada Putinlə Zelenskinin görüşməsini zəruri hala gətirəcək hər hansı təkliflər planı da yoxdur. 
 
Halbuki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak danışıqlar masasının üzərində Almaniya və Fransa tərəfindən təklif olunan və Ukraynanın yenidən işləndiyi Donbassda münaqişənin konkret planının olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu plan "Minsk razılaşmalarının ruhuna cavab verir". Daha sonra Ukraynanın bir başqa rəsmisi son zamanlar Donbassda gərginliyin artmasının səbəbini Rusiyanın Almaniya və Fransa tərəfindən hazırlanmış  çözüm planını pozmaq istəməsi ilə əlaqələndirmişdi. Rəsminin sözlərinə görə, Kreml bu çözüm planının baş tutmaması üçün artan gərginlikdən faydalanaraq Donbassın “sülhməramlı” işğalına hazırlaşır. RF XİN isə belə bir plan barədə heç bir məlumatlarının olmadığını açıqlamışdı. Peskov da faktiki olaraq bugünkü brifinqdə sözügedən planın mövcudluğunu inkar edərək deyib: "Söhbətin hansı plandan getdiyini tam anlamadıq, çünki bizim masamızda heç nə yoxdur, heç bir plan görmədik”.
 
Peskov Rusiya və Ukrayna liderləri arasında telefon əlaqələrinin qurulmasının planlaşdırılıb-planlaşdırılması sualına da mənfi cavab verib. "Zərurət yarandıqda onlar kifayət qədər operativ şəkildə razılaşdırıla bilər, amma planda belə məsələ yoxdur", - deyə o vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam