Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Türkiyənin Ermənistanla sərhəddi bağlı saxlamasına səbəb yoxdur-Ara Ayvazyan belə düşünür

                         

                Artıq Türkiyənin Ermənistanı blokadada saxlamasına səbəb yoxdur.

Yenixeber.org: Bu barədə XİN rəhbəri Ara Ayvazyan fevralın 10-da parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.

O xatırladıb ki, Türkiyə uzun illərdir ki, Qarabağda status-kvonun dəyişdirilməsini tələb edərək, Ermənistanla sərhədləri bağlı saxlayır. İndi bu status-kvo dəyişib, həm də güc yolu ilə dəyişib, o deyib.

“Türkiyə dünya ictimaiyyətinin təzyiqi altında gec-tez sərhəddi açmalı olacaq. Eyni zamanda, biz başa düşürük ki, sərhədlərin açılması həm imkanları, həm də riskləri ehtiva edir. Buna əsaslanaraq Ermənistan və onun hakimiyyəti təhlükəsizliyin səviyyəsini yüksəltmək üçün əlindən gələni edəcək", - Ayvazyan bildirib.

Eyni zamanda o hesab edir ki, Türkiyənin Cənubi Qafqazda hazırkı hərbi-siyasi fəallığı Ermənistan üçün yeni problemlər və çağırışlar yaradır. Nazir Qarsda Türkiyə və Azərbaycanın təlimlərinə bu kontekstdə baxır. Ermənistan cəmiyyəti və diplomatiyası istənilən ssenari və çağırışlara hazır olmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam