Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bayrağımız Qarabağda dalğalanacaq“

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hərbçilərə müraciət edib

"Xeberinfo.com":  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasının böyük əhəmiyyəti var:
“Yoldaş zabitlər, gizirlər (miçmanlar), çavuşlar və əsgərlər (matroslar)!
31 mart 1918-ci il Azərbaycan xalqının tarixinin qanlı səhifələrindəndir. Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir".
Z.Həsənov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli fərmanın ermənilərin, həmçinin onların havadarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük və əhəmiyyətli rolu var.
Həmin fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Tariximizin açılmamış və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış səhifələrindən biri - xalqımıza qarşı törədilən soyqırım məhz ulu öndərimizin sayəsində beynəlxalq aləmdə geniş təbliğ olunmağa başlayıb.
Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir: “Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaqsınız”.
Nazir qeyd edib ki, müstəqil dövlətimizin iqtisadiyyatı durmadan dinamik sürətlə inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət nəticəsində ölkəmizin nüfuzu dünyada gündən-günə yüksəlir. Ölkəmizə qarşı yönəldilən hər hansı hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz var: “Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq.
İnanıram ki, Azərbaycan əsgəri bundan sonra da Vətən uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər qazanacaq!”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam