Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Müdafiə naziri hərbçiləri təbrik edib

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 17 Noyabr - Milli Dirçəliş Günü münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.     

"Xeberinfo.com": Müdafiə Nazirliyinin saytına istinadən verdilyi məlumata görə, nazirin təbrikində deyilir: “Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Ötən əsrin 80-ci illərinin sonlarından geniş vüsət alan xalq azadlıq hərəkatı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərə təsadüf edir. Ümummilli liderin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda iqtisadiyyatın fasiləsiz inkişafı təmin edilmiş, vətəndaşların maddi rifahı yaxşılaşdırılmış, dövlətçiliyimiz möhkəmləndirilmiş, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırmışdır. 
İnanıram ki, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndidə və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandıracaqsınız. Sizin hər birinizə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam