Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

ÜST -COVID-19-un yaranma izlərini axtarmaq üçün Çinə getməyi planlaşdırır

ÜST COVID-19-un yaranma izlərini axtarmaq üçün Çinə getməyi planlaşdırır

Çin və Ümumdünya Səhiyyə Təşkilatı hazırda koronavirusun yaranma izlərini axtarmaq üçün ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyətinin Çinə səfər etmək imkanlarını müzakirə edirlər.

Yenixeber.org: Bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan brifinqdə bildirib.

“Koronavirusun mənşəyinin müəyyənləşdirilməsi elmi məsələdir. Hazırda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bu barədə araşdırmalara başlayıblar. Amma koronavirusun ilkin mənbəyinin müəyyən edilməsi çox çətin prosesdir, bir çox ölkənin iştirakını tələb edə bilər”, - diplomat əlavə edib.

ÜST artıq çinli həmkarları ilə məsafədən əlaqə quran və hadisə yerinə getməli olan beynəlxalq ekspert qrupu yaradıb. “Çinin hakimiyyət orqanlarının məlumat açıqlığı yaradacağına və onlarla səmərəli əməkdaşlığa ümid edirik”, - ekspert deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam