Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət katibi: -"İtaliya BMT-nin Qarabağla bağlı qətnamələrini həmişə dəstəkləyib"

Dövlət katibi: İtaliya BMT-nin Qarabağla bağlı qətnamələrini həmişə dəstəkləyib

"İtaliya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Birləşmiş Millətlər Təşkilatının mövqeyini, yəni işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyib".

Yenixeber.org: İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, İtaliya həmişə ən müdrik, ən məntiqli və ən geniş yayılmış mövqeyi, yəni BMT-nin mövqeyini dəstəkləyib: "Həmin ərazilərin 90-cı illərdə Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycana qaytarılmalı olduğunu bildirən bir çox qətnamələr var".

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına münasibətdə isə M.Di Stefano bildirib: “Biz insan haqlarının qorunması, xristian icmalarının mühafizəsi baxımından həmin ərazidəki ermənilərin bütün hüquqlarına hörmət edilməsinin tərəfdarıyıq və mən bu xüsusda çox rahatam, çünki Azərbaycan çoxkonfessiyalı ölkədir. Bu barədə bizi dəfələrlə əmin ediblər”.

Münaqişənin nizamlanmasında Rusiyanın roluna münasibətdə İtaliya rəsmisi qeyd edib ki, “Rusiya Dağlıq Qarabağda böyük bir realpolitik nümayiş etdirdi. Çünki Ermənistanın həmişə bir növ Rusiyanın protektoratı olduğu doğrudur, lakin Rusiyanın Türkiyə ilə və bölgədəki enerji ilə əlaqəli iqtisadi münasibətlərinin olduğunu nəzərə alaraq, Azərbaycanın özü ilə də böyük bağlarının olduğu da həqiqətdir”.

M.Di Stefano əlavə edib ki, son imzalanan sənəddən başa düşüldüyü kimi regionun ətrafındakı işğal olunmuş ərazilərin və şimal hissəsində erməni icmasının qalmasına zəmanət verilməsi ilə Dağlıq Qarabağın qaytarılması xarici siyasətdə yeni geo-siyasi vəziyyətin formalaşmasına dəlalət edir.

“Türkiyə bu baxımdan getdikcə daha çox əhəmiyyət kəsb edən bir aktordur və ikinci NATO ordusundan bəhs etdiyimizə görə özümüzdən Qərbin və NATO-nun hansı mövqedə dayandığını soruşmalıyıq. İnanıram ki, Türkiyə ilə bağlı bunu asanlıqla əsaslandıra bilərik, amma bir sualla qarşılaşırıq: bu gün NATO-nun tərkibi necədir və NATO siyasətini necə ümumi hala gətiririk? Bu, asan cavabı olmayan vacib bir sualdır”, deyə Di Stefano fikirlərini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam