Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Ermənistana qarşı yeni cəbhə: savaş bitdi, davamız isə davam edir!

 

 

Bakının işğalçı ölkəyə qarşı təzminat iddiası ciddiləşir; Ermənistanda ölkənin gələcəyi ilə bağlı bədbin notlar artıb - səbəblər; erməni mediası: “Bu, bizim üçün böyük bir faciədir...”

Yenixeber.org: Azərbaycan Ermənistana qarşı Beynəlxalq Məhkəmədə böyük təzminat davası açmağa hazırlaşır. Bu barədə ölkə prezidenti İlham Əliyev son açıqlamalarından birində bildirib. Artıq işğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın miqyasını dəqiqləşdirməkdən ötrü beynəlxalq səviyyəli ekspertlərin də iştirakı ilə müvafiq araşdırmalara başlanıb. Söhbət həm də bu illər ərzində ərazilərimizdə qanunsuz şəkildə istismar edilən 160-dan çox əlvan metal yataqlarından gedir. Təbii ki, az sonra boşaldılacaq Kəlbəcər, Ağdam və Laçın rayonları da monitorinq zonasına daxildir.

İlkin hesablamalara əsasən, dəyən ziyanın məbləği on  milyardlarla dolarla ölçülür. Ermənistan bu təzminat davasından yaxasını kənara çəkə bilməyəcək. Daha “Azərbaycana qarşı Ermənistan yox, Dağlıq Qarabağın ”özünümüdafiə ordusu" vuruşub" kimi sərsəm iddialar da keçməyəcək. Ən azı ona görə ki, 44 günlük Qarabağ savaşının bitməsinə dair 9 noyabr üçtərəfli sazişinə mifik  “arsax hökuməti” yox, məhz Ermənistan rəhbəri Nikol Paşinyan imza atıb. Bununla da o, ölkəsinin Azərbaycanla münaqişədə əsas tərəf olduğunu rəsmən təsdiqləyib.  

*****

Ermənistandan gələn xəbərlərdən aydın olur ki, artıq bununla bağlı düşmən ölkədə təlaş başlayıb. O sırada Ermənistanın sabiq baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan həyəcanlı bəyanatla çıxış edib.

Gevork Kostanyan: “Azərbaycana 50 milyard dollar ödəməliyik”

Gevork Kostanyan

Keçmiş baş prokuror deyib: “Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda, Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaq. Hələ iki il qabaq biz xəbərdar etmişdik ki, Azərbaycan Ermənistana qarşı iddia hazırlayır, orada ”arsax" və 7 rayonda Azərbaycana vurulan maddi zərər əks olunacaq. Ancaq Azərbaycan həmin dövrdə iddianı hazırlamaqda çətinlik çəkirdi, çünki Ermənistanın caavbdehlik daşıdığı haqda yetərincə sübutları əldə edə bilmirdi. Onlar maddi zərəri hesablamaqda ixtisaslaşan beynəlxalq təşkilatı işə cəlb etmişdilər və Azərbaycana dəyən zərər 50 milyard dollar hesablanmışdı. Təzəlikcə Azərbaycan prezidenti bəyan etmişdi ki, həqiqətən Azərbaycan Ermənistana qarşı belə bir iddia hazırlayır. İndi Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu".

Onun sözlərinə görə, əgər Ermənistan savadlı, hüquqi kontur-cavab hazırlamasa, belə bir maddi məsuliyyət Ermənistana çox baha başa gələcək: “O qədər pulu nəinki biz, gələcək nəsillərimiz də ödəyib qurtara bilməyəcək”.

Bəyanatın sonunda erməni hüquqşünas bundan qismən qaçmaq üçün ilk növbədə N.Paşinyanın istefa verməli olduğunu deyib.

*****

Ermenistan Basını, Paşinyan'ın nerede olduğunu tahlil etti - Son dakika  ekonomi haberleri

Lakin Nikol Paşinan istefa versə belə, imzalanan sənədin hüquqi əhəmiyyəti dəyişməyəcək. Çünki Ermənistan baş naziri onu ölkəsinin və xalqının legitim rəhbəri kimi, könüllü şəkildə imzalayıb. Ermənistan adından imzalayıb. Bununla həm də Azərbaycanla müharibə aparan əsas tərəf, işğalçı tərəf olduğunu rəsmən təsdiqləmiş olub.

Əlbəttə ki, Azərbaycanın işğalçı ölkəyə qarşı yeni cəbhə - təzminat davası açmağa tam haqqı çatır. Bu prosedura qarşı heç bir hüquqi əngəl yoxdur. Əksinə, ən azından BMT TŞ-nin 4 məlum qətnaməsi prosesi sona çatdırmağa imkan verir. Burada söhbət həmçinin Dağlıq Qarabağ məsələsində kimin haqlı olmasının növbəti təsbitindən gedir.

Bakının İrəvana qarşı təzminata nail olması isə yoxsul Ermənistanın büdcəsi üçün şəksiz, əlavə və çox ağır yük olacaq. Onun inkişafını və ordu saxlamaq imkanlarını məhdudlaşdıracaq. Bütövlükdə bu xain ölkəni və xalqı boy atmağa, dirçəlməyə qoymayacaq...        

*****

“Bu, Ermənistan üçün böyük bir faciədir. Verdiyimiz bütün qurbanlar boşuna getdi. Qarabağ həm fiziki olaraq, həm də mənəvi cəhətdən itirildi”.

Ermənistan ordusunun əsgərləri xəsarət aldılar

Bunu erməni siyasi şərhçi Ramella Mnatsakanyan Armenianreport.com saytındakı məqaləsində üçtərəfli sazişi şərh edərkən yazıb.

Onun sözlərinə görə, daha heç bir müqavimət mümkün deyil və Ermənistandakı hakimiyyət dəyişikliyi heç nəyi yaxşıya dəyişməyəcək. “Ermənilər hərbi məğlubiyyətə uğradılar. Erməni cəmiyyəti Nikol Paşinyan tərəfindən Ermənistanın deyil, Bakı, Moskvanın və Ankaranın maraqlarına cavab verən ”sülh" haqqında biabırçı müqavilənin imzalanmasını da gördü", - deyə Mnatsakanyan vurğulayıb.

“Nə olursa-olsun, artıq Dağlıq Qarabağ Azərbaycanın yurisdiksiyasına qayıdır. Və bu zaman Rusiya Federasiyası Azərbaycanla yaxşı münasibətlər saxlamış olur, çünki hərbi əməliyyatlar dövründə Moskva bu münaqişəyə müdaxilə etmədi”...

Rusiya Qarabağla bağlı humanitar əməliyyatlar mərkəzi yaradır

Məlumata görə, bu sözləri isə rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov deyib.

Onun qənaətincə, siyasi və hərbi baxımdan tam əldən düşən və zəifləyən Ermənistan Rusiyaya “baş əymək” məcburiyyətində qalacaq. “Təslimiyyətə görə bütün siyasi məsuliyyət isə Ermənistanın baş naziri Paşinyanın üzərinə qoyulacaq. Əslində Nikol Paşinyan bunu artıq öz üzərinə götürüb. Ona görə də çox güman ki, Ermənistanın siyasi rəhbərlik dəyişəcək və Moskva orada Rusiyapərəst şəxsi hakimiyyətə gətirməyə çalışacaq”, - deyə ekspert qeyd edib.

Türkiyə haqda danışan Jdanov Ankaranın dahi ideyaları həyata keçirməyi bacardığını bildirib. “Özünüz düşünün - Türkiyə sazişlə Azərbaycanla birləşdirən quru dəhlizi alır. Rusiya bu dəhlizin təhlükəsizliyindən cavabdeh olacaq. Rusiya sərhədçiləri dəhlizi təxribatlardan qorumağa borclu olacaqlar. Nəticədə Türkiyə bu quru dəhlizindən həm də Orta Asiyadan və Azərbaycandan Türkiyəyə neft və qaz boru kəmərləri çəkmək üçün istifadə edəcək. Bu, Ərdoğanın Türkiyəni bir cənub neft-qaz xabına çevirmək strategiyasıdır. Ərdoğan nəinki Rusiyadan yan keçməklə bu məsələni həll edir, üstəlik, Rusiya bütün bunları qoruyacaq ... Türkiyəli müşahidəçilər isə Rusiyanın Qarabağda sülhü təmin etmək baxımından öhdəlikləri necə yerinə yetirməsini yaxından izləyəcəklər” - ekspert əlavə edib.

*****

Beləcə, Ermənistan da daxil, artıq heç bir paytaxtda Azərbaycanın ikinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi danılmır. Eyni zamanda, qardaş Türkiyənin geosiyasi planda Güney Qafqazda mühüm uğur əldə etdiyi etiraf olunur. 

Lakin İkinci Qarabağ savaşı bitsə də, Ermənistanla davamız hələ bitməyib. Çünki 30 illik işğal siyasətinin ölkəmizə vurduğu ağır maddi ziyana, ölkəmizə və qardaş Türkiyəyə qarşı davam edən əsassız torpaq iddialarına görə İrəvanın yenə cəzalandırılaması zərurəti var. Bundan ötrü Ermənistana qarşı yeni cəbhə açmalıyıq. Daha dəqiqi, açılmaqdadır.

Mübaliğəsiz-filansız, düşmənlə əsas savaşımız hələ qabaqdadır. Bu savaş əlbəttə ki, əsasən diplomatiya meydanlarımda və beynəlxalq məhkəmələrdə gedəcək...(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam