Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ermənistanda 10 müxalifətçi həbs olunub-Qarabağ razılaşması ilə əlaqədar iğtişaşlarda

 

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki qələbəsini təsdiq edən müqavilənin Ermənistanın baş naziri tərəfindən imzalanması Yerevanda kəskin etirazlara səbəb olub. Sənədin imzalanmasına etiraz olaraq nümayişlərin təşkilində şübhəli bilinən 10 müxalifətçi noyabrın 12-də saxlanılıb.

Yenixeber.org: Ermənistan Respublika Prokurorluğunun məlumatına görə, “Çiçəklənən Ermənistan”, “Daşnaksutyun”, “Respublikaçılar”, “Vətən” partiyalarının rəhbərliyində yer alan şəxslər “şiddətli kütləvi iğtişaşların qanunsuz təşkili” maddəsilə ittiham olunurlar. Onları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, sözügedən sənədin imzalanmasından sonra Yerevanda hökumət və parlamentin binaları etirazçıların əlinə keçib və qismən dağıdılıb. Çərşənbə günü daha bir nümayiş keçirilib. Nümayişçilər aksiyaları qarşıdakı günlərdə də davam etdirməyi düşünürlər.

Həbslərə gəlincə, onlar baş nazir Nikol Paşinyanın Rusiyanın himayəsi altında Azərbaycanla döyüşlərin dayandırılmasına dair sənədi imzalamasının ardından müxalifətin ona istefaya getməsi üçün vaxt verməsindən sonra başlayıb. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış sənədə əsasən, separatçı Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar uğrunda altı həftə idi davam edən döyüşlərdən sonra Azərbaycan 1990-cı illərin əvvəllərindən Ermənistanın nəzarətində olan əraziləri geri qaytarır.

Artıq kiçilmiş və zəifləmiş qondarma “Dağlıq Qarabağ Respiblika”sının yaşaya bilməsi üçün Ermənistandan oraya gediş-gəlişi təxminən 2 min nəfərlik Rusiya sülhməramlılar təmin edəcək.

Nikol Paşinyan isə bildirir ki, o, razılaşmanı ordu rəhbərliyi və separatçı liderlərin xahişilə imzalayıb. Baş nazir hesab edir ki, əks halda bölgə tamamilə Azərbaycanın nəzarətinə keçəcəkdi.

Bununla yanaşı, Nikol Paşinyan etirazların 2018-ci ildə onu hakimiyyətə gətirmiş xalq inqilabı nəticəsində devrilmiş keçmiş korrupsiyalaşmış oliqarx rejimin nümayəndələri tərəfindən idarə olunduğunu da deyib.

(Fransız dilindən tərcümə – WorldMedia.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam