Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistandakı hərbi hədəflərə cavab zərbəsi endirməliyikmi?-ŞƏRH

 

 İlham İsmayıl: “Biz Ermənistan ərazisini yalnız oradan təhlükəni görəndə, raketin bizə tuşlanması barədə dəqiq məlumatımız olanda vura bilərik”

Yenixeber.org: Müharibədə məğlub olan Ermənistan cəbhə bölgəsindən kənarda yerləşən ərazilərə, mülki əhaliyə hücumları artırıb. Bərdəyə son iki gündə ardıcıl raket hücumları nəticəsində 26 nəfər həlak olub, 70-dən çox adam yaralanıb. Oktyabrın 28-də Bərdədə 21 nəfərin həlak olduğu bombardman hərbi əməliyyatlar başlayandan bu yana say baxımından ən çox mülki əhalinin tələfatıyla nəticələnən hadisə oldu.

Son hadisədən sonra sosial mediada Azərbaycan rəhbərliyinə xitabən Ermənistana eyni tərzdə cavab verilməsi çağırışları var.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Azərbaycanın Xankəndi də daxil olmaqla, işğal altındakı bütün ərazilərdə istənilən formada hərbi əməliyyatlar keçirməyə ixtiyarı var. Beynəlxalq hüquq normaları bizə bu haqqı verir, həmin ərazilərdə mülki əhalinin yaşaması da vəziyyəti dəyişmir:

“Bərdənin vurulmasında istifadə olunan “Smerç” raketləri Dağlıq Qarabağdan və ya Ağdamın Şahbulağından atılıb. Bunun cavabı bütün işğal olunmuş ərazilərdir. Kim deyirsə, Xankəndində, Xocavənddə, yaxud Əsgəranda dinc əhali var deyə oranı vurmaq olmaz, bu fikir qətiyyən doğru deyil. Oralar işğal olunmuş ərazilərdir. Azərbaycan üçün işğal olunmuş ərazidə dinc əhali söhbəti yoxdur. İkinci Dünya müharibəsində almanlar Kiyevi işğal edəndə o müddətdə oradakı məktəblər də işləyirdi. Sovet ordusu geri qayıdıb əraziləri azad edəndə düşünürdümü ki, mən oranı vura bilmərəm? Xeyr. İşğal bölgəsi olduğuna görə Kiyevi hərtərəfli bombalayırdı ki, azad etsin. Biz də eyni cür davranmalıyıq. Bizim üçün işğal altındakı ərazilərimizdə – Xankəndi, Xocavənd, Əsgəran, Şuşa, Laçında kimin yaşamasının fərqi olmamalıdır. Oralar işğal yerləridir və bu kifayət edir ki, oranı azad etmək üçün hər cür tədbir görülsün. Bizim cavabımız bu olmalıdır”.

Ekspert qeyd etdi ki, ermənilərin Gəncədə, Bərdədə törətdikləri onlar tərəfindən birgə yaşayışın mümkün olmayacağını da ortaya qoydu: “Onlar Xocalıdan bu yana törətdikləri cinayətlərin fərqindədilər”.

İ.İsmayılın sözlərinə görə, Azərbaycan Ermənistan ərazisini də vura bilər. O halda ki, həmin ərazidən hücum təhlükəsi barədə dəqiq məlumatı, sübutu olsun: “Biz Ermənistan ərazisini yalnız oradan təhlükəni görəndə, raketin bizə tuşlanması barədə dəqiq məlumatımız olanda vura bilərik. BMT qanunları da bunu deyir. Bir müddət əvvəl Ermənistanın Basarkeçər rayonundan raketlərin qalxmasını qeydə almışdıq, onlar zərərsizləşdirildi. Döyüş həddinə çatdırılırsa, vurmağa ixtiyarımız var. Məsələn, indi götürüb Tovuz, Qazax istiqamətindən Ermənistan ərazisinə raket ataq, bu, düzgün deyil. Amma Ermənistanda bizə raket tuşlanan istənilən ərazini vurmağa ixtiyarımız var”.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, Ermənistan cəbhədəki məğlubiyyətlərdən sonra çarəsiz vəziyyətə düşüb. Onun sözlərinə görə, Gəncəyə, Bərdəyə raket hücumları kimi düşünülməmiş addımlar da çarəsizlikdən, qəzəbdən irəli gəlir: “Düşdükləri vəziyyətin nəticəsidir ki, Cenevrə görüşü öncəsi rasional davrana bilmirlər”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam