Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilə bilər"

 

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin istefası özəlləşdirmə ilə əlaqəli ola bilər.

"Xeberinfo.com":   Məlumata görə, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Ekspertin fikrincə, bank sektorunun ağrılı keçid dövrünə qədəm qoyduğu hazırkı şəraitdə bank aktivlərinin ümumi həcmində və kredit portfelində bazar payı 40 faizdən, depozitlərdə bazar payı 50 faizdən çox olan, eləcə də 1 milyona qədər müştəri ilə işləyən Beynəlxalq Bankın İdarə Heyəti sədrinin istefası bazarda riskləri bir az da artracaq.

Ekspert deyir ki, bundan daha çox itirən bankın səhmlərinin 49,8 faizinə sahib olan özəl səhmdarlar ola bilər: “Bankın səhmlərinin 50,2 faizi dövlətə məxsusdur və Maliyyə Nazirliyi tərəfindən idarə olunur. Hesab edirəm ki, Beynəlxalq Bank rəhbərinin hazırkı həssas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər”.
Q.İbadoğlunun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycana müntəzəm səfər edən missiyası Beynəlxalq Bankın kapitalizasiyası planı ilə bağlı dəfələrlə ciddi narahatlıq ifadə edib və bankın kapitalizasiyası ilə paralel, ABB-da beynəlxalq praktikaya uyğun şəkildə restrukturizasiya aparmağı tövsiyə edib. Hazırkı istefa ilə bankın gələcəkdə özəlləşdiirlməyə açılması arasında əlaqə olması şübhə doğurmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam