Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xaçmaz polisi -bir yük avtomobili həcmində narkotik aşkarladı

Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik aşkarladı

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində böyük həcmdə narkotik maddə dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərinin kultivasiyası və satışı ilə məşğul olan rayon sakini Ceyhun Cəbrayılovun yaşadığı ünvana baxış keçirilib.

Keçirilən baxış zamanı C.Cəbrayılovun yaşadığı evdən satış məqsədi ilə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, həyətindən xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi hündürlüyü 80-280 sm arası olan 361 ədəd çətənə kolları aşkarlanıb. Aşkarlanan narkotik maddələr və çətənə bitkiləri qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı C.Cəbrayılov törədiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam