Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Masallıda 66 yaşlı kişini döyərək öldürdülər - FOTO

 
Masallıda mübahisə 66 yaşlı kişinin ölümünə səbəb olub.
Yenixeber.org: Hadisə rayonun Təzəkənd kəndində baş verib. 

Kənd sakini, 1953-cü il təvəllüdlü Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov bir qrup şəxs tərəfindən döyülüb. Halı pisləşən kişini yaxınları Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, B.Rəhmanov yolda dünyasını dəyişib. 

Məlumata görə, B.Rəhmanov şəxsi münasibətlər zəminində döyülüb. Belə ki, su kollektorunun üzərindən paybəlli torpaqlara keçid üçün istifadə olunan körpünün dağıdılması nəticəsində tərəflər arasında mübahisə yaranıb. 

 
“Qazel” markalı mikroavtobusla gələn 5 nəfər - Vəfadar, Elnur, Pərvin, Telman və İlham adlı şəxslər mal-qaranın onların torpaqlarına keçməsini əsas gətirərək körpünü dağıtmağa başlayıblar. Xəbər vermədən evinin qarşısında söküntü işləri aparanlara B.Rəhmanov mane olmağa çalışıb. 

Hadisə şahidlərinin sözlərinə görə, mərhum həmin şəxslər tərəfindən döş qəfəsi nahiyəsindən yumruq zərbələri alıb. Bu da sonradan onun ölümünə səbəb olub. 

Mərhumun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təqdim edilib. Faktın təfərrüatları rayon Prokurorluğu tərəfindən araşdırılır.  (ONA)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam