Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bir-iki yerdə evi, maşını, işi olan məcburi köçkünlər var" -"Amma müavinət alırlar"

“Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanın verilməsi düzgün addım idi”.

Xeberinfo.com:  Bunu APA-ya açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V. Əhmədov deyib ki, əvvəllər dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ümumi vəsait ayrılıb və komitə məcburi köçkünlərin kommunal xidmət haqları ilə bağlı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödəmələr həyata keçirib: “Amma indi müsbət məqam odur ki, bu, ünvanlı oldu. Konkret bilinir ki, hər bir məcburi köçkün statusu almış insan ayda 36 manat müavinət alacaq. İndi bu 36 manatı işığa, qaza, suya, çörəyə verəcək, artıq həmin şəxs özü buna qərar verəcək. Bundan sonra həmin məcburi köçkün işıq, qaz və sudan istifadəni tənzimləyəcək ”.

Millət vəkili qeyd edib ki, Nazirlər Kabinetinin dünən təsdiqlədiyi “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda müəyyən kateqoriyalara aylıq müavinətin şamil edilməməsi əksini tapıb və bu, müsbət yanaşmadır: “Məsələn, məcburi köçkün statusu adını alıb, faktiki olaraq maddi durumu çox yüksək olan insanlar var. Yəni bir-iki yerdə evi də, avtomobili də, işi də var, ancaq məcburi köçkün statusu ilə imtiyazlardan, güzəştlərdən istifadə edir. Bu insanlara aylıq müavinətin nəzərdə tutulmaması məntiqlidir”.

V. Əhmədov bundan sonra məcburi köçkün rayonların icra hakimiyyətlərinin üzərinə böyük məsuliyyət düşəcəyini vurğulayıb: “Artıq həmin rayonların icra hakimiyyətləri reallığı əks etdirən siyahılar tətbiq etməlidir. Doğrudan da bu insanın məcburi köçkün kimi vəziyyəti ağırdır, yaxud fərqlidir, ona aylıq müavinət düşür, düşmür, bu sahədə ciddi işlər getməlidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sahədə məcburi köçkün rayonlarının icra hakimiyyətləri ilə birgə ciddi işləməlidir. Mənim aldığım məlumatlara görə, o cümlədən tanıdığım insanlar var ki, məcburi köçkün statusundan istifadə edirlər, amma maddi imkanları çox genişdir. Bu insanlar özlərinə artıq geniş imkanlar yarada biliblərsə, bunu özləri də nəzərə almalıdırlar. Onu da nəzərə almaq lazımdır ki, 25 il az müddət deyil, artıq yeni nəsil yetişməyə başlayır”.

Millət vəkili hesab edir ki, aylıq müavinətləri həqiqətən vəziyyəti çətin olan məcburi köçkünlərə vermək lazımdır: “Yoxsa 1992-ci ildə olduğu kimi indi də güzəşt və müavinətlərin bütün məcburi köçkünlərə şamil edilməsi düzgün deyil. Çünki həyat dəyişir, həyat davam edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam