Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Göyçayda aksiya: “Ya rəis dəyişsin, ya da hər gün yolu bağlayacağıq” - FOTOLAR

Bir qrup sakinin fikrincə, rayon yol polisinin rəisi sürücülərə qan uddurur

Xeberinfo.com:  Bu gün Göyçay rayonunun bir qrup sakini yol polisi rəisinə etiraz etmək üçün bir araya gəlib.

Etirazçılar deyirlər ki…

Aksiya iştirakçılarından olan Malik Əsgərov deyir ki, etirazlarına səbəb indiki yol polisi rəisinin Füzuli adlı keçmiş yol polisini incitməsidir:

“Füzulinin maşını saxlayıb. Halbuki heç bir qayda pozuntusu olmayıb. İşçilərinə deyib, “basın içəri”. Füzuli ondan səbəbini soruşub, əvəzində rəis bunu söyüb. Füzuli rəisi döyüb, aparıblar polisə. Camaat bunu eşidəndə, toplaşaraq Füzulinin buraxılmasını tələb etdi”.

Sakinlərdən Mətin Məmmədov deyir, etirazları təkcə Füzuli adlı sürücünün incidilməsindən deyil, ümumiyyətlə, yeni rəisin göyçaylılara kobud münasibətindən qaynaqlanır:

“Qarşısına çıxanı, yeri gəldi-gəlmədi, cərimələtdirir, maşınını əlindən alır. Adamlarla söyüşlə danışır”.

İcra başçısı olay yerinə gəlib

Sakinlərin sözlərinə görə, hadisə yerinə icra hakimiyyətinin başçısı da gələrək, danışıqlar aparıb:

“Söz verdilər ki, hadisə obyektiv araşdırılacaq. Dağılışdıq. Ancaq indi də bir nəfər aksiya iştirakçısını polisdə saxlayıblar. Buraxmasalar, təzədən toplaşacağıq, həm də sayımız daha çox olacaq. Bəsdir, qarşılarına keçən günahsız adamlara zülm elədilər”.

“Burda heç kəs yoxdur”

AzadlıqRadiosu, hələlik, nə rayonun yol polis rəisi Vüqar Qasımovla, nə də Füzuli adlı keçmiş yol polis əməkdaşı ilə danışa bilməyib. Polis şöbəsindən isə bildiriblər ki, baş verənlər araşdırılır. Şöbədə aksiya iştirakçısının saxlanmasıxəbərini təkzib ediblər:

“Burda heç kəs yoxdur”.

Göyçay rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, 30-a yaxın vətəndaş toplaşaraq yol polis rəisinə etiraz edib. İcra hakimiyyəti məsələyə qarışandan sonra adamlar dağılışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam