Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Biləsuvarda hesabat yığıncağı keçirildi - FOTOLAR

 

 

bitmap-img6


Biləsuvar rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

 

Xeberinfo.com:  Bu gün Biləsuvar rayon Heydər Əliyev  Mərkəzində Biləsuvar rayonunda 2016-cı ilin  birinci yarısının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
Hesabat iclasında  Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  geniş məruzə ilə çıxış edərək rayonda 2016-cı ilin  birinci yarısında görülmüş işlər və  qarşıda duran vəzifələr barədə məlumat verdi.Bildirdi ki, “Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi  119.4 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı  56.7,  ticarətdə 44.1, tikintidə 4.7, sənayedə 12.2, nəqliyyatda isə 1.4 milyon manat olmuşdur. İlin birinci rübündə  əsas  kapitala yönələn  investisiyalar 4.8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 103.3 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1196 manat, orta aylıq əmək haqqı isə  290 manat olmuşdur. Əhalinin gəlirləri 142.2 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 1425 manat təşkil etmişdir. Bu dövrdə  rayonun  yerli gəlirləri 7.3 milyon manata qarşı 7.5 milyon manat,  yerli xərcləri isə 7.3  milyon manata qarşı 7.4 milyon manat icra olunmuşdur.Nazirlər Kabinetinin iclasında  cənab İlham Əliyev  sənaye potensialımızın inkişafının əsas prioritet məsələlərdən biri olduğunu vurğulayaraq, bu il və növbəti illərdə bu sahəyə diqqətin daha da artırılacağını, rayonlarda iqtisadi inkişafın daha sürətlə aparılmasını və regionlarda sənaye zonalarının yaradılmasını xüsusi qeyd etmişdir. Rayonumuzda da yeni sənaye məhəlləsinin yaradılması məqsədilə 10 hektar torpaq sahəsi ayrılmışdır.Sahibkarlar ilə keçirilən görüşlərdə   qaldırlan təkliflər nəzərə alınmaqla  yaradılacaq sənaye müəssisələri barədə təklilflər hazırlanaraq aidiyyəti təşkilatlara təqdim edilmişdir.Sənaye məhəllələrində ayrı-ayrı sahələr üzrə  emal sexlərinin,  zavod və fabriklərin yaradılması qarşıya başlıca məqsəd kimi qoyulmuşdur.Bu tədbirlərin reallaşması   rayonumuzun iqtisadi-sənaye potensialını daha da güclənəcək,  rayon sakinlərinin məşğulluq probleminin  həllində əhəmiyyətli rol oynayacaqdır. Sahibkarlığın inkişafına kömək məqsədilə   Sahibkarlığa Kömək Milli Fondu tərəfindən   bu ilin 6 ayı  ərzində  15 sahibkara 136 min  manat kredit verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılması haqqında verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq  bu ilin  yanvar-fevral ayları  ərzində ayrı-ayrı sahələr üzrə   400-ə yaxın əlavə iş yerləri açılmış, rayon sakinləri işlə təmin olunmuşlar. Bundan əlavə ötən 6 ayda  rayonda  986  yeni iş yeri açılmışdır.Rayonda 1648 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
Rayonda   tikinti,  abadlıq və quruculuq  sahələrində aparılan işlər  ilin birinci yarısında da davam etdirilmişdir.Ölkə Prezidentinin  Sərəncamı ilə 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisində son tamamlama işləri aparılır. Bundan əlavə Biləsuvar şəhərinin   Nizami,  Molla Hüseyn, Xəqani,  S.Vurğun küçələrində ümumilikdə 4 km məsafədə asfalt-beton örtüklü yol tikilmiş, uzunluğu 1,5 km olan Cəlilabad küçəsində yol əsası tikilərək asfalt-beton örtüyün tikintisi üçün hazırlanmışdır.
  Rayon Elektrik şəbəkəsinin inzibati binası və Səmədabad kəndində Heydər Əliyev parkı tikilib istifadəyə verilmiş, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar  rayon şöbələrinin inzibati  binalarının tikintisində və rayon Mərkəzi xəstəxanasının əsaslı təmirində son tamamlama işləri aparılır. 480 yerlik Əsgərabad kənd tam orta məktəbinin əsaslı təmir işləri davam etdirilir. Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılmışdır. Ötən dövr  ərzində rayonda  əhalinin təbii qaz və elektrik enerjisi ilə təmin edilməsi istiqamətində  əsaslı  işlər görülmüşdür.Rayonun  bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.Əlavə olaraq şəhər ərazisində 4420 metr,  rayonun  kəndlərində isə muxtəlif diametrli 8500 metr qaz xətləri yenisi ilə əvəz olunmuş, 1750 metr qaz xətti isə əsaslı təmir olunmuşdur.87 ədəd qaz tənzimləyici şkaf və 350 ədəd müxtəlif diametrli  siyirtmələr cari təmir edilmişdir. 6 ayda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 1700 metr SİP kabel çəkilmiş, 210 ədəd   elektrik dirəkləri quraşdırılmış, 10 ədəd elekrtik transformatoru təmir edilmiş,  10.2 km  hava verlişi xətləri dəyişdirilmişdir”.
Biləsuvar rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı birinci yarımil ərzində görülən işlərdən danışarkən M.Quliyev bildirdi ki, “Biləsuvar rayonu inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğu üçün,  iqtisadiyyatımızın əsasını da bu sahədən gələn gəlirlər təşkil edir.
Nazirlər Kabinetinin iclasında ölkə Prezidenti cənab İlham  Əliyev digər məsələlərlə yanaşı bir daha rayonlarda sənaye zonalarının yaradılması, sahibkarlara hərtərəfli köməkliklərin göstərilməsi və regionlarda aqrar sahənin inkişaf etdirilməsini  icra strukturlarının qarşısına bir vəzifə olaraq qoymuşdur. Hazırda rayonda 6 min 40 hektar sahədə pambıq əkini aparılmış və sahələrdə aqrotexniki qulluq işləri aparılır.Aqrar sahədə sahibkarlığın inkişafı ilə bağlı geniş imkanlar açılmışdır.Zəhmətabad kəndində iş adamı Şamil Əlifov tərəfindən geniş ərazidə meyvə bağı salınmışdır.2016-cı ildə  rayon üzrə 18.1 min hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılmışdır. 2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 24.8 min hektar payızlıq taxıl əkini aparılmışdır ki, bunun da 12.6 min hektarı buğda, 12.2 min hektarı isə arpa bitkisidir.Hesabat dövründə taxıl sahələrindən 79.8 min ton məhsul əldə olunmuşdur.
Rayon üzrə ümumilikdə 6500 hektar əkin sahələrinin  suvarılması müasir texnologiyalar əsasında qurulmuş çiləmə  və damla üsulu ilə həyata keçirilir. 2016-cı ilin birinci yarımilində  torpaqların suvarma suyu ilə təminatının yaxşıladırılması məqsədi ilə 42 ədəd hidrotexniki qurğu, 21 ədəd su nasosu, 22 ədəd dizel mühərriki və 8 ədəd elektrik mühərriki  təmir edilmişdir. Ümumilikdə 56.6  km təsərrüfatdaxili və təsərrüfatlararası baş kanallar, 55.2 km kollektor-drenaj sistemi lildən təmizlənmişdir.Hesabat dövründə  iri buynuzlu mal-qara  41.2 min başa, xırdabuynuzlu mal-qara   isə  139.4 min başa çatdırılmışdır.
Hesabat dövründə rayonda Təhsil, səhiyyə və mədəniyyət sahələrində görülən işlərə toxunan icra başçısı bildirdi ki, “Ölkə Prezidenti  cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun  və İSESKO-nun  xoşməramlı  səfiri Mehriban xanım Əliyevanın  Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verməkdədir. Hazırda rayonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Mərkəzi rayon xəstəxanasının binasının yenidənqurulması və müasir inventarlarla təchiz olunması istiqamətində aparılan işlər artıq başa çatmaq üzrədir.Bundan əlavə 480 yerlik Əsgərabad kənd tam orta məktəbinin əsaslı təmir işləri sürətlə aparılır.Artıq ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri gedir. Yeni dərs ilində ümumtəhsil məktbələrinin birinci siniflərində 1410 nəfər  şagird təhsilə cəlb olunacaqdır.  Hazırlıq qruplarında isə 670 nəfərin məşğələlərə cəlb olunması  nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin  tapşırığına əsasən 2016-cı ildə də əhalinin tibbi müayinədən keçirilməsi işləri başa çatdırılmışdır.Yarımil ərzində 99031 nəfər rayon əhalisinin 81183  nəfəri tibbi müayinədən keçmişdir ki, bu da əhalinin 82 faizini təşkil edir.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti ictimayyətin  mədəni həyatına öz töhvələrini verməkdədir.
Rayonumuzda  əhalinin   üçdə bir hissəsini təşkil  edən  gənc nəslin ideya-siyasi və hərbi-vətənpərvərlik  tərbiyəsinin  gücləndirilməsi də hesabat dövründə  ən çox diqqət yetirilən  sahələrdən biri  olmuşdur. Son vaxtlar rayon Gənclər və İdman idarəsinin  təşəbbüsü ilə  keçirilən  bir sıra tədbirlər  gənclər və yeniyetmələr tərəfindən  razılıqla qarşılanmışdır. Rayonda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Biləsuvarlı gənclər hərbi xidmətə həvəslə yola düşür, Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirirlər.
Respublika  Prezidenti  cənab  İlham  Əliyev  2016-cı  ili  “Multikulturalizm  ili”  elan  etmiş,  bu  barədə  xüsusi  Sərəncam  imzalamışdır. Əsrlər  boyu  müxtəlif  xalqların  və dinlərin  nümayəndələri  Azərbaycanda  bir ailə  kimi  sülh, əmin-amanlıq şəraitində yaşamışlar.  Bu  gün  də  multikulturalizmlə  bağlı  meyillərin  gücləndirilməsi  üçün  ölkəmizdə  bütün  zəruri tədbirlər  həyata  keçirilir.
Hesabat iclasında Biləsuvar rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Rafail Quliyev,  Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Rövşən Pənayev  çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam