Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Biləsuvarda bu ilin birinci rübünün hesabat yığıncağı keçirildi - FOTOLAR

 

Bu gün Biləsuvar rayon Heydər Əliyev  Mərkəzində Biləsuvar rayonunda 2016-cı ilin  birinci rübünün  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

 

Xeberinfo.com:  İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.

Tədbir iştirakçıları əvvəlcə Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş  Azərbaycan hərbiçilərinin əziz xatirəsini bir  dəqiqəlik sükutla yad etdilər.

Sonra Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  son günlər erməni təxribatı nəticəsində  qoşunların təmas xəttində baş verən qanlı hadisələrdən danışaraq, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarının Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri bir daha iştirakçıların diqqətinə çatdıraraq  qeyd etdi ki: “Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi.”

M.Quliyev bildirdi ki, bu gün fərəh və qürur hissi ilə qeyd edirik ki, Vətən, müqəddəs torpaq sevgisi il yaşayan həmyerlilərimiz Novruzov Fərahim  Nadir oğlu, Dəmirli Hüseyn Zeynal  oğlu  və Məmmədov Murad Vaqif oğlu da  döyüş meydanında  düşmənə qarşı   qəhrəmancasına vuruşaraq  şəhidlik zirvəsinə yüksəldilər. 

Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  ötən birinci rüb ərzində  rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirdi ki, Nazirlər Kabinetinin iclasında  cənab İlham Əliyev iqtisadi inkişafın daha sürətlə aparılmasını, regionlarda sənaye zonalarının yaradılması və bu işlərdə yerli icra orqanlarının daha da fəal işləməsini xüsusi vurğulamışdır.

Rayonumuzda da yeni sənaye məhəlləsinin yaradılması məqsədilə 10 hektar torpaq sahəsi ayrılmışdır. Sənaye məhəllələrində ayrı-ayrı sahələr üzrə  emal sexlərinin,  zavod və fabriklərin yaradılması qarşıya başlıca məqsəd kimi qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən Biləsuvar rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması  və sərmayələrin cəlb edilməsi ilə bağlı  müvafiq sərəncamla 30 nəfərdən ibarət xüsusi qərargah yaradılmış, operativliyi təmin etmək məqsədilə qaynar xətt xidməti təşkil edilmişdir.

Rayon İcra Hakimiyyəti olaraq biz də hər bir sahibkarın, torpaq mülkiyyətçisinin yanında olmaqla  xoşməramlı, iqtisadi səmərə verə biləcək layihələrinin gerçəkləşməsindən ötrü lazım olan bütün köməklikləri göstəririk.

Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi  36.8 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 8.8, ticarətdə 19.5, tikintidə 2.3, sənayedə 5.4, nəqliyyatda 0.8 milyon manat olmuşdur. İlin birinci rübündə  əsas  kapitala yönələn  investisiyalar 2.4 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 46.5 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 371 manat, orta aylıq əmək haqqı isə 289  manat olmuşdur. Əhalinin gəlirləri 6.9 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 700 manat təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılması haqqında verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq  bu ilin  yanvar-fevral ayları  ərzində ayrı-ayrı sahələr üzrə   400-ə yaxın əlavə iş yerləri açılmış, rayon sakinləri işlə təmin olunmuşlar.

Rayon əhalisi cənab  Prezidentin göstərdiyi bu diqqəti böyük ruh yüksəkliyi ilə qarşılayır və  öz dərin minnətdarlıqlarını bildirirlər.

İcra Başçısı bildirdi ki, rayonda   tikinti,  abadlıq və quruculuq  sahələrində aparılan işlər  ilin birinci rübündə də davam etdirilmişdir.Belə ki, Ölkə Prezidentinin  Sərəncamı ilə 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi  davam etdirilərək  yolun 2.5 kilometrinə asfalt örtük salınmışdır.Yolun tikintisi işlərində son tamamlama işləri aparılır. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin və  Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar  rayon şöbələrinin, Xırmandalı kənd Uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintisi, Əsgərabad kənd tam orta məktəbin və Mərkəzi rayon xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir. Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılmışdır. Ötən dövr  ərzində rayonda  əhalinin təbii qazla təmin edilməsi istiqamətində  əsaslı  işlər görülərək  bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.Əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində də rüb ərzində müəyyən işlər görülərək ayrı-ayrı yaşayış məntəqələrində 130 ədəd   elektrik dirəkləri quraşdırılmış, 9 ədəd elekrtik transformatoru təmir edilmiş,  5.5 km  hava verlişi xətləri dəyişdirilmişdir. Elektrik şəbəkəsi üçün  yeni inzibati bina tikilib istifadəyə verilmişdir.

M.Quliyev rayonda kənd təsərrüfatının inkişafından danışaraq qeyd etdi ki, Biləsuvar rayonu respublikamızın inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğu üçün,  iqtisadiyyatımızın əsasını da bu sahədən gələn gəlirlər təşkil edir.

Ona görə də  rayon İcra Hakimiyyəti  bu istiqamətdə real nəticələrə nail olmaqdan ötrü tədbirlər həyata keçirməyə başlamış və ilk növbədə rayonumuza iqtisadi cəhətdən böyük səmərə verən, əhalinin məşğulluğunun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən  pambıqçılıqda qazanılan tarixi şöhrəti özünə qaytarmaq üçün müvafiq tədbirlər görmüşdür. Hazırda rayonda pambıq əkinlərinin genişləndirilməsi istiqamətində ciddi işlər aparılır.Bu il rayonda  6 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur.Hazırda  mülkiyyətçilər tərəfindən 4700 hektardan çox ərazidə pambıq əkini üçün hər iki zavodla müvafiq müqavilələr bağlanaraq sahələr əkin üçün hazırlıq vəziyyətinə gətirilir.Rayon İcra Hakimiyyətində gündəlik olaraq  aidiyyəti təşkilatların, pambıq zavodlarının rəhbərləri, ərazi  icra nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir, görülən işlər müzakirə olunur və yaranan problemlər operativ həll edilir.Bu sahədə fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında, dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, şor kollektorlarının lildən təmizlənməsi üçün əlavə texnikaların cəlb edilməsi və mülkiyyətçilərin əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin edilməsi  ilə bağlı köməkliklər göstərilir.Bu güzəştlərin tətbiqi rayonumuzda kənd təsərrüfatının daha da inkişaf etirilməsinə şərait yaradacaq, mülkiyyətçilərimiz daha çox məhsul istehsal edəcəklər.

2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 24.2 min hektar payızlıq taxıl əkini aparılmışdır ki, bunun da 11 min hektarı buğda, 13.2 min hektarı isə arpa bitkisidir.Ötən illə müqayisədə taxıl əkini 1.4 min hektar çox olmuşdur.

Hesabat dövründə  iri buynuzlu mal-qara  41.1 min başa, xırdabuynuzlu mal-qara   isə  139.4 min başa çatdırılmışdır.

 

İcra başçısı rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrində görülən işlərə toxunaraq qeyd etdi ki, Ölkə Prezidenti  cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun  və İSESKO-nun  xoşməramlı  səfiri Mehriban xanım Əliyevanın  Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verməkdədir. Son illər rayonumuzda  13 yeni məktəb tikilmiş  6 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir.

Təhsil ocaqlarının  informasiya kommunikasiya texnologiyaları ilə  təminatı da   yaxşılaşdırılmış,  məktəblərdə  komputerlərin sayı 470-ə  çatdırılmışdır.Azərbaycan Respublikası Prezidentinin  tapşırığına əsasən 2016-cı ildə də əhalinin tibbi müayinədən keçirilməsi işlərinə başlanılmış və hazırda  bu  kompaniya  uğurla  davam etdirilir.Rüb ərzində 99031 nəfər rayon əhalisinin 38813  nəfəri tibbi müayinədən keçmişdir ki, bu da əhalinin 38.5 faizini təşkil edir. 02 may tarixədək davam edəcək kampaniyada bütün əhalinin müayinədən keçirilməsi planlaşdırılmışdır.

Heydər Əliyev Mərkəzinin fəaliyyəti ictimayyətin  mədəni həyatına öz töhvələrini verməkdədir. Hazırda  bu Mərkəz  rayon ziyalılarının, gənclərin hər gün müraciət  etdikləri  əsl mədəni mərkəzdir.

Rayonumuzda  əhalinin   üçdə bir hissəsini təşkil  edən  gənc nəslin ideya-siyasi və hərbi-vətənpərvərlik  tərbiyəsinin  gücləndirilməsi də hesabat dövründə  ən çox diqqət yetirilən  sahələrdən biri  olmuşdur. Son vaxtlar rayon Gənclər və İdman idarəsinin  təşəbbüsü ilə  keçirilən  bir sıra tədbirlər  gənclər və yeniyetmələr tərəfindən  razılıqla qarşılanmışdır.

Rayonda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Biləsuvarlı gənclər hərbi xidmətə həvəslə yola düşür, Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirirlər.

M.Quliyev çıxışında Biləsuvar rayonunun da “İDEA” İctimai Birliyinin həyata keçirdiyi “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na fəal surətdə qoşulduğunu qeyd edərək bildirdi ki, rayonumuzda ağacəkmə aksiyaları artq ənənə halını almışdır.Ötən il bu aksiyalarda iştirak edən sakinlərimiz tərəfindən ərazilərdə və yol kənarlarında minlərlə müxtəlif çeşidli ağaclar əkilərək qulluq göstərilmişdir.Bu ilin birinci rübündə də rayonun bütün təşkilatları və inzibati ərazi nümayəndəlikləri ilə birlikdə  aksiya çərçivəsində üç  dəfə böyük ağaçəkmə kampaniyaları keçirilmiş və 3.5 mindən çox ağac əkilmişdir.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışını Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında  söylədiyi fikirlərlə sonlandırdı: “Bir daha qeyd etmək istəyirəm və şübhə etmirəm ki, ilin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələr icra ediləcək. Azərbaycan uğurlu inkişaf yoluna davam edəcək.”

 Biz Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 2016-cı ili  layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacağıq”

 

Hesabat iclasında Biləsuvar rayon  Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev, DSMF-nin Biləsuvar rayon şöbəsinin müdiri Fərasim Əliyev, “Biləsuvar rayon Enerji Təchizatı və Satışıidarəsinin  baş mühəndisiİmran Kəlbiyev və sahibkar-fermer Şakir Soltanov  çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam