Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kollecdə yay bazarı - Lənkəranda

 

Lənkəran Dövlət Humanitar Kollecində (LDHK) yay bazarlığı başlayıb.

 

Xeberinfo.com:  Vizual.Az-a verilən xəbərə görə, direktor Ruslan Həmidovun xüsusi pulyığanları səfərbər olub. Musiqi müəllimi Fikrət, sürücüsü Kamran və qiyabi şöbənin müdiri Xuraman tələbələri soğan qabığı kimi soyur.

Müavini Ülviyyə tələbələrə 1 həftə üçün 50 manata, 15 günlük 100 manata, aylıq isə 200 manata icazə verir. Hazırda adı kollecdə gedən, lakin özü Rusiyada olan onlarla tələbə var. Digər müavini Aysel xanım isə tələbələrin kreditlərinə nəzarət edir. Onun təyin etdiyi qiymət 1 kredit üçün 3 manat, 3 kredit üçün 100 manatdır.

Qiyabi şöbədə də durumun bərbad olduğunu bildirən şikayətçilər iddia edirlər ki, sözügedən şöbəyə rəhbərlik edən Xuraman müəllimə tələbələrdən hər sessiyada 100-150 manat alır.

Ruslan Həmidov LDU-nun təsərrüfat müdiri vəzifəsində çalışıb və oradan da LDHK-yə direktor təyinatı alıb. Qeyd edək ki, Faiq Əbilov adlı Lənkəran sakini bir müddət əvvəl bu faktları daha geniş açıqlamışdı. O, bildirirdi ki, Həmidovun kollecdəki digər gəlir yerləri sırasında bufet də var. Amma əsas qazanc mənbələrindən biri isə Lənkəranın Həftoni qəsəbəsində inşa etdirdikləridir.

"Həmidov Həftoni qəsəbəsində işçisi Nadir Axundovla bir yerdə 3 hektar ərazidə özünə villa, şadlıq evi və istirahət pansionatı tikidirir. 2 ilə yaxındır direktor işəyən bir şəxsin tikinti işlərinə 700 min manat pul xərclədiyi deyilir. Tikinti işlərinə də Nadir Axundov rəhbərlik edir.

Lənkəranın mikrorayonlarında və mərkəzində, Sutamurbovda evləri və maqazinləri olan kollec direktorunun bu qədər imkana sahib olmasının özü müəmmalıdır. Onun həmçinin şəhərin mərkəzində 580 kv.metr həcmində çilçıraq dükanı da var. Qapısında isə iki maşın dayanır. Onlardan biri «Range Rover», digəri isə «Hyundai»dir”.

 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam