Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Taleh Qaraşov vətəndaşları qəbul etdi

 

Lənkəran ŞİH-nin başçısı növbəti səyyar qəbul-görüşünü aprelin 28-də Vilvan kəndində keçirdi.

 

Xeberinfo.com:   İcra başçısının Vilvan inzibati ərazi dairəsində nümayəndəsi Hikmət Abbasov kəndin ərazisi, əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, ərazidə aparılan səliqə-səhman və abadlıq işləri barədə danışdı, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.

Sonra bir neçə kənd sakini çıxış edərək Vilvan kəndində sel sularının vurduğu ziyanın aradan qaldırılması üçün ərazidə aparılan tikintiyə, yeni yaşayış massivinin təbii qazla təmin edilməsinə və s. işlərə görə ölkə rəhbərinə, eyni zamanda, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıq duyğuları ifadə edərək həmçinin ərazidə yaz-tarla işlərinin sürətlə aparıldığını, kənd təsərrüfatı işlərinə diqqətin artırıldığını söylədilər. Ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Taleh Qaraşov ölkədə dövlət-xalq birliyinin gündən-günə möhkəmləndiyini bildirdi. İcra başçısı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən ətraflı danışdı, ölkədə möhkəm sabitliyin və əmin-amanlığın hökm sürdüyünü diqqətə çatdırdı, respublika əhalisinin, o cümlədən lənkəranlıların cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini vurğuladı.

Azərbaycanda xalqın rifah halının daha da gücləndirilməsi naminə sosial layihələrin və proqramların sürətlə icra edildiyini diqqətə çatdıran Taleh Qaraşov ərzaq təminatının və kənd təsərrüfatının inkişafının prioritet vəzifələr olduğunu söylədi, bu istiqamətdə Lənkəranda həyata keçirilən tədbirlərdən ətraflı bəhs etdi, torpaqlardan səmərəli istifadə edilməsi üçün ayrı-ayrı pay torpaqlarının fermer təsərrüfatında birləşməsinin vacibliyini önə çəkdi.

Sonda İcra başçısı görüş zamanı irəli sürülən təkliflərin və müraciətlərin həlli istiqamətində aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam