Taleh Qaraşov daha bir səyyar qəbul görüş keçirib - FOTOLAR
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası Lənkəran Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir.
Xeberinfo.com: Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll olunmasında şəhər İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı İcra başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul-görüşlərin də böyük əhəmiyyəti vardır. İcra başçısının növbəti belə səyyar qəbul-görüşü 14 yanvar 2016-cı il tarixdə Liman şəhərində keçirilmişdir.
Qəbul-görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, Liman şəhərinin ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 500 nəfər iştirak etmişdir.
Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Bəxtiyar Səfərov görüşü açaraq son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu inkişaf kursunun bəhrələrinın Lənkəran və Liman şəhərlərinin də simasını tamamilə dəyişdiyini, aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinin şəhər sakinləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandığını qeyd etdi.
Liman bələdiyyəsinin sədri Çinqiz Əsədullayev, Liman şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı, Liman şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov, Qunbaşı kənd məktəbinin müəllimi Şakir Qasımov çıxış edib ərazidə və bütövlükdə rayonda həyata keçirilən quruculuq işlərindən geniş söhbət açdılar. Çıxış edən natiqlər cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti müdafiə etdiklərini bildirərək Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə əldə olunmuş və cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə möhkəmlənmiş siyasi sabitliyin, əminamanlığın heç bir qüvvənin poza bilməyəcəni, Azərbaycan xalqının heç vaxt buna imkan verməyəcəyini qeyd etmiş və 12 yanvar 2016-cı il tarixdə bir qrup şəxs tərəfindən ölkənin bəzi yerlərində, o cümlədən Liman şəhərində ictimai asayışın pozulmasına göstərilmiş cəhdi yolverilməz səhv hərəkət kimi qətiyyətlə pisləmiş və belə halların bir daha təkrarlanmaması üçün bütün ictimaiyyəti ayıq-sayıq olmağa, heç bir düşmən təxribatına uymamağa çağırıblar. Çıxış edən natiqlər eyni zamanda Liman xəstəxanası və şəhər 2 saylı məktəb üçün yeni binaların tikintisi, xəstəxanaya təcili tibbi yardım maşınının ayrılması, uşaq bağçalarının əsaslı təmiri, şəhər stadionu üçün yerin müəyyən edilməsi, avtobus dayanacaqlarının qoyulması, bazarın və avtovağzalın tikilməsi, içməli su xəttinin çəkilməsi, məhəllə yollarının təmiri, əhalinin məşğulluğu və sair məsələrlə bağlı təkliflərini irəli sürüblər.
Verilən təklifləri və fərdi müraciətləri dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən İcra başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq Liman şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri cənab Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi davamlı diqqətinin parlaq nümunəsi olduğunu bildirmişdir. Natiq qeyd etmişdir ki, son illərdə cənab Prezidentin diqqət və qayğısı ilə Lənkəran rayonu sürətlə inkişaf edərək respublikamızın ən yaraşıqlı şəhərlərindən birinə çevrilmişdir. Sevindirici haldır ki, Liman şəhəri də bu qayğıdan bəhrələnərək daha da abadlaşmışdır.
Şəhərdə mərkəzi küçələr asfaltlanmış, yeni körpü tikilmiş, səkilər bərpa olunmuş, köhnə qaz xətti yenisi ilə əvəzlənmiş, yeni elektrik kabelləri, müasir transformatorlar, küçə işıqlandırıcıları qüraşdırılaraq əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı tam təmin edilmiş, çoxmərtəbəli binaların dam örtükləri dəyişdirilmişdir. Bütün dünyanı bürüyən iqtisadi böhranın ən güclü dövlətləri belə çətin vəziyyətə saldığı bir vaxtda bu işlərin davamlı olaraq həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artması hesabına başa gəldiyini vurğulayan İcra başçısı bu inkişafın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam edəcəyini, hər bir ölkə vətəndaşı kimi hər bir Liman sakinin də həyat şəratini, rifah-halını daha da yaxşılaşdıracağını, o cümlədən görüşdə qaldırılan məsələlərin vaxtında həllini tapacağını əminliklə bildirmişdir.