Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Kürdəmirdə səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTOLAR

 

İyunun 17-də rayonun “Kürdəmir” sarayında rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun iştirakı ilə Kürdəmirin səhiyyə işçiləri peşə bayramlarını qeyd ediblər.
   Xeberinfo.com:   Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycanın səhiyyə tarixinin inkişaf mərhələsini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əlaqələndirərək, hər sahədə olduğu kimi , səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini qeyd etmişdir. Həmçinin ölkə başçısı cənab İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi diqqət və qaygısından və bu qayğı nəticəsində  son illər Respublikamızda , eləcə də Kürdəmir rayonunun səhiyyə sistemindəki inkişafdan razılıq hissi ilə danışmışdır.
Daha sonra çıxış edənlər son illər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi səy və təşəbbüskarlığı sayəsində ölkəmizdə  yeni-yeni səhiyyə və sağlamlıq ocaqlarının tikintisinə diqqətin artılırdığını və çox yüksək nəticələr əldə edildiyini ,bu istiqamətdə müvafiq dövlət proqramlarının uğurla həyata keçirildiyini dərin minnətdarlıq hissi ilə vurğulamışlar.Həmçinin qeyd edilmişdir ki, Dövlət başçısının göstərişi əsasında Respublika əhalisinin,o cümlədən rayon sakinlərinin də tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Tədbirdə belə bir inam hissi ifadə olunmuşdur ki, Kürdəmir səhiyyəsinin işçiləri də ölkə rəhbərliynin qayğı və tələblərinə cavab olaraq öz işlərini daha yüksək səviyyədə quracaq, əhalinin sağlamlığı üçün əllərindən gələni əsirgəmiyəcəklər.
Çıxış edənlər ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti , Millət Vəkili Mehriban xanım Əliyevaya  Kürdəmir səhiyyəsinə göstərdikləri xüsusi diqqət və qayğılara görə dərin minnətdarlıqlarını bildiiblər.

 

Tədbirdə tibb işçilərinin peşə bayramı münasibətilə bir qrup səhiyyə işçisinə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim olundu.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam