Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nərimanov sakinlərinin tibbi müayinəsi keçirilib

 

Respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Nərimanov rayonu əhalisinin tibbi müayinəsi keçirilib.

 

"Xeberinfo.com":  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ötən il olduğu kimi cari ilin fevral ayının 2-dən may ayının 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində 6 fevral 2015-ci il tarixdə Nərimanov rayonunda yerləşən 8 nömrəli şəhər poliklinikasında rayon əhalisinin tibbi müayinəsi keçirilib. Vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün poliklinika ən müasir avadanlıqlarla təchiz olunub.

Aksiyada iştirak edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, müayinələrin aparılmasının əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət etdiyini qeyd edərək, Nərimanov rayonunda yerləşən bütün səhiyyə müəssisələrinin müayinələrin aparılmasına tam hazır vəziyyətdə olduğunu diqqətə çatdırıb.

Bütün bunların möhtərəm prezidentimiz cənab İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusilə vurğulayan İ.Mahmudova həmçinin bildirib ki, Rayon İcra Hakimiyyəti qarşısında duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.

İ.Mahmudova fevralın 2-dən etibarən artıq Nərimanov rayonu üzrə 3 min 917 nəfərin müayinələrdən keçməsinin təmin olunuğunu, onlardan 3 min 420 nəfərdə hər hansı bir xəstəliyin aşkar olunmadığı, 477 nəfərə ambulator, 20 nəfərə isə stasionar müalicə təyin edildiyini qeyd edib.

 8 nömrəli şəhər poliklinikasının baş həkimi Tamilla Kərimova aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğrulayıb. O, eyni zamanda xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

Aksiyada müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam