Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Füzulidə tibbi müayinə ilə bağlı müşavirə keçirildi

 

"Xeberinfo.com":  Horadiz şəhərində Heydər Əliyev Mərkəzində  Prezident cənab İlham Əliyev 2015-ci il fevralın 02-dən may ayının 1-dək ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının rayonda icra vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirədə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidaki icra nümayəndələri, bələdiyyələr, Mərkəzi Xəstənasının tabeliyində olan tibb məntəqələrinin həkimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Müşavirəni Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Respublika əhalisinin sağlamlığı məsələlərinin hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulamışdır.

Alı Alıyev qeyd etmişdir ki, cənab İlham Əliyevin əhalinin tibbi müayinədən küçirilməsi ilə bağlı tapşırığı bir məqsəd daşıyır ki, bunun da əsasında insan amili dayanır.

Alı Alıyev demişdir:  “Ölkə başçısının tapşırığı cəbhə bölgəsində yerləşən Füzuli rayonunda böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüş, idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə iclas keçirilmişdir.  Səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verilmiş, əhalinin tibbi müayinəsinin təşkil edilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradımışdır”.

Müşavirədə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Soltan Əliyev çıxış etmiş, rayon ərazisindəki 40 yaşayış məntəqəsinin 28270 nəfər sakini 5 məntəqədə, Mərkəzi Xəstəxana, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirildiyini vurğulamışdır. Bildirmişdir ki, bu günə kimi 9400 nəfər rayon sakini ambulator, 246 nəfər isə stasionar müalicəyə cəlb edilmiş, 82 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərindəki xəstəxanalara göndərilmişdir.

Digər çıxış edənlər ölkə başçısının bu humanist təşəbbüsünün füzulililər tərəfindən minnətdarlıqla qarşılandığını bildirmişlər.

Alı Alıyev tədbirə yekun vurmuş, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün tapşırıqlar vermişdir. Qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin tapşırığı ilə başlanan bu kampaniya genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının əyani təzahürüdür.

 




       

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam