Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirdi - FOTOLAR

 

Alı Alıyevin göstərişi ilə Böyük Bəhmənli kəndinin problemləri həll olunur

 

Xeberinfo.com:   Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, "xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində keçirilmişdir. Görüşdə rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Böyük Bəhmənli kəndinin işıq, su, qaz yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər.  Kənddə iki məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Görüşdə kənd sakinlərinin problemləri dinlənilmiş, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunmuş, mövcud nöqsan və çatışmazlıqlar həll olunmuşdur. Sakinlər tərəfindən kəndə əlavə transformatorun qoyulması, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyin olunması, işsiz gənclər üçün yeni iş yerlərinin yaradılması, kəndarası yollara çınqıl tökülməsi, şor və dren kanallarının təmizlənməsi, məktəblərin qızdırılması, aztəminatlı ailələrin tibbi müayinəsinin təşkili kimi məsələlər artıq öz müsbət həllini tapmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə Böyük Bəhmənli kəndinə 2 ədəd 250 kva-lıq transformator qoyulmuş, 100-ə yaxın aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımının verilməsi üçün sənədləri qəbul olunmuş, 26 nəfərə ÜDSY-nin verilməsi təmin edilmişdir. Kəntdə işsiz olan 12 nəfər gənc müvafiq işlə təmin olunmuş, kənd və məhəllələrarası yollara çınqıl tökülmüş, rayon Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən şor və dren kanallar təmizlənmişdir. Kəndə fəaliyyət göstərən hər iki məktəbin qızdırılması təmin olunmuş, 250-ə yaxın ailə isə ərazidəki tibb məntəqələrində pulsduz tibbi müayinədən keçirilmişdir.  

Kənd sakinləri dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını fasiləsiz və pulsuz qaz, işıq, su və digər  sosial problərinin həll olunduğunu bildirdilər. Onlara göstərdiyi diqqət və qayğıya görə Prerzident cənab İlham Əliyeva və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Görüşün sonunda Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin qarşıya çıxan nöqsanların, neqativ halların qarşısının alınmasında ictimai nəzarətə böyük əhəmiyyət verdiyini, dəfələrlə bu məsələyə münasibət bildirdiyini vurğulamışdır. Qeyd etmişdir ki, kənd sakinləri qarşılaşdıqları neqativ hallar, onları narahat edən məsələlər barədə ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətinə və aidiyyəti orqanlara məlumat versinlər.  









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam