Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Biləsuvarda keçmiş bələdiyyə sədri dövlətin torpaqlarını satıb -FOTOLAR

Keçmiş bələdiyyə sədri dövlətin torpaqlarını satıb?
Prezident İlham Əliyev cənablarının prioritet istiqamətlərindən biri də hökumətin, məmurların fəaliyyətlərinin majsimum şəffaflaşdırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsidir.
Yenixeber.org: Bu xüsusda son illər müvafiq icra hakimiyyəti subyektlərinin struktur və kadr heyətində mühüm dəyişikliklər aparılıb, qanunvericiliyə ciddi dəyişikliklər edilib.
Hökumətin apardığı islahata rəğmən hələ də bəzi qurumlarda, əsasən də bələdiyyə sistemində neqativ hallar qalmaqdadır.
Ciddi qanun pozuntusu olan qurumlardan biri də Biləsuvar rayonunun Aşağı Cürəli bələdiyyəsidir.
Aşağı Cürəli bələdiyyəsinə 2015-2021-ci illər ərzində sədr işləyən Seyidov Ruslan Sərxoş oğlunun qanun pozuntusuna yol verdiyi deyilir.
Onun əhalinin istifadəsində olan ümumi torpaq sahəsini şəxsi mənfəəti üçün satıb.
Sədr işlədiyi müddətdə Ruslan Seyidov Biləsuvar rayon Aşağı Cüləli kəndində örüş torpaqlarını müxtəlif insanlara satıb. Sonradan məlum olub ki, həmən torpaqlar örüş torpaqlarıdır. Keçmiş bələdiyyə sədrinin xeyli sayda vətəndaşı aldatdığı bildirilir.
Qeyd edək ki, Dövlət başçısının sərəncamına əsasən ümumi istifadədə olan torpaqlar heç bir halda satıla bilməz.
“Ruslan Seyidov bələdiyyə sədri işlədiyi dövrdə bütün sənədləri aradan çıxararaq bütün qanunsuzluqları gizləməyə çalışıb. Güya, həmən sənədlər bələdiyyədən oğurlanıb. Əslində, hüquq mühafizə orqanlarının ilkin araşdırmalarında sübüt olunub ki, keçmiş bələdiyyə sədri qeyri-qanuni yollarla örüş torpaqlarını satıb. Digər bir məlumatda bildirilir ki, R. Seyidov sədr olduğu zaman bələdiyyədə ailə podrati yaradıbmiş. Daha bir qanunsuzluq örüş sahəsində ərazisi 440 kvadrat olan ferma inşa edilib. Həmən ərazini də R. Seyidov sahibkar Hüseynov Bəhruz Ələddin oğluna satmışdır. Müqavilədə 15 il müddətində icarəyə verilib. Şikayət bir qrup kənd sakinləri tərəfindən daxil olub”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.(qlobal.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam