Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Böhran rabitəni də “vurdu”: nazir müavinindən özbaşınalıq

Böhran rabitəni də “vurdu”, nazir müavinindən özbaşınalıq

 

Quba rayon Telekommunikasıya Qovşağından şikayət var

Xeberinfo.com:  Politika.Az-a verilən məlumata görə, 1996-cı ildən montyor işləyən Kərimov Bəhruz Qurban oğlunun istifadəsindəki (023) 335-29-15 telefon nömrəsi TKQ tərəfindən bu il 30 sentyabrda söndürülüb. 


Abunə şöbəsinin rəisi Arzu Abdullayevanın dediklərinə əsasən B.Kərimov abunə ödənişini həyata keçirməyib. Tele-Kommunikasıya Qovşağının əməkdaşlarının, telefon abunə xidmətinə görə ödənişlərdən azad olunduğunu və B.Kərimovdan abunə haqqının tələb edilməsinin qanuna zidd olduğu bildirilməklə telefon nömrəsinin bərpa edilməsi xahiş edilib. Telefon nömrəsinin istifadəyə verilməsi təmin edilməyib. 

Faktla bağlı Quba rayon TKQ-nın rəisinə ünvanlanmış ərizəyə verilmiş 18.10.2016-cı il tarixli cavaba əsasən Aztelekom MMC-nin maliyyə çətinliyi ilə əlaqədar rabitə işçilərinə abunə ADSL haqlarının ödənilməsində edilən güzəştlər ləğv edilib. 

Quba rayon TKQ-nın inzibati binasının divarına bərkidilmiş Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun adından yazılmış 17.05.2016-cı il tarixli, № 3-10/6529 saylı məktubuna əsasən aylıq abunə haqqının ödənilməsinə rabitə əməkdaşları üçün edilmiş güzəştlər ləğv edilib. 

Lakin həmin məlumatın həqiqiliyini təsdiq edən məktubun əslinin rabitə əməkdaşlarına göstərilməsindən Quba rayon TKQ-nın rəhbərliyi yayınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu barədə rəsmi məlumatı da yayılmayıb. Hesab edilir ki, Quba rayon TKQ-nın rəisinin cavabında göstərilənlərin həqiqətə uyğun deyi, uydurmalardır, qovşaq rəhbərliyinin hərəkətləri özbaşınalıqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam