Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Füzuli RİH-i sahibkarlara müraciət etdi

 

 

  "Xeberinfo.com": Respublikanın bütün regionlarında gedən abadlıq, quruculuq işləri və sürətli inkişaf prosesi Füzuli rayonunda da özünü göstərməkdədir. Bu gün Füzulidə həyat qaynayır, insanlar işləyir, respublikanın ən gənc şəhəri olan Horadiz sürətlə böyüyərək inkişaf edir. Füzulililər son illər rayon ərazisində aparılan tikinti-quruculuq, abadlıq işlərini ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı hesab edirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.

Rayonda aparılan abadlıq quruculuq işlərini, sürətli inkişafı füzulililər rayondan kənarda yaşayan həmyerlilərinə bu sözlərlə çatdırırlar. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır!

Həqiqətən də Füzuli rayonunda, xüsusilə Horadiz şəhərində görülən işlər ürəkaçandır. Tikinti meydançasını xatırladan Horadiz şəhərində 8 hektar ərazidə Bayraq Meydanı tikilir, Milli Qəhrəmanların Abidə Kompleksinin, 31 mart soyqırım qurbanlarının şərəfinə abidənin tikintisi başa çatmışdır. Tarix-Diyarşünaslıq Muzeyi, Ağsaqqallar evi, rayon İcra Hakimiyyəti üçün inzibati bina, gənclər üçün boulinq zalı və digər infrastruktur obyektlərin tikintisi yaxın vaxtlarda başa çatacaqdır.

Ölkə başçısının Sərəncamı ilə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 227 evin bərpasıda  başa çatmaq üzrədir. Evləri bərpa olunan ailələr evlərinə qayıdır, uzun illik intizara son qoyurlar.

Rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə orta mətəb tikilib istifadəyə verilmiş, Horadiz şəhərində 100 çarpayılıq, Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçalarının tikintisi sürətlə davam etdirilir.

Ölkəmizin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən çox asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də özünü göstərməkdədir. Rayonda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, onlarla şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq  məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Sahibkarlara yaradılan şəraitin nəticəsində kənd təsərrüfatı məhsulları saxlayan anbar kompleksi, “Qarabağ-Broyler” MMC, Şəhriyar Ailəvi İstirahət Mərkəzi istifadəyə verilmiş, rayonun Haramı adlanan ərazisində sahibkarlıq yolu ilə 500 başlıq heyvandarlıq kompleksi və sutkada 10 ton süd emal edən zavodun tikintisi işləri davam etdirilir. Üçüncü Zobucuq qəsəbəsində sahibkarlıq yolu ilə sutkada 40 ton çörək-un məmulatları istehsal edən zavod bu günlərdə ilk məhsulunu buraxacaqdır.

Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarların ərazidəki fəaliyyəti yaxşılaşdırlmış, onların iş görmələri üçün hərtərəfli şərait yaradılmışdır.

 

Füzuli rayon İcra Hakimiyyəti bir daha sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları füzulimizin yenidən qurulmasında fəal iştirak etməyə çağırır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam