Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Son 2 həftədə nə qədər yağıntı düşüb?

Azərbaycanın bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda 1-13 iyun tarixlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb.

Yenixeber.org xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, bəzi günlərdə yağıntılar leysan xarakterli intensiv olub, dolu düşüb, əksər bölgələrdə yağıntılar ötən ilin eyni dövrü ilə müqayisədə daha çox qeydə alınıb:

“Yağıntının miqdarında ən çox artım olan bölgələr Quba-Qusar və Mərkəzi Aran rayonlarıdır ki, bu ərazilərə aylıq normanın 135-155%-i qədər yağıntı düşüb”.

Xidmət rəisinin sözlərinə görə, ötən ilin iyun ayında bölgələrdə 43 dolu hadisəsi baş vermişdisə, bu ilin iyun ayının ötən günlərində 42 dolu hadisəsi qeydə alınıb. Bu da dolu prosesinin intensivliyinin göstəricisidir:

“İyun ayının ötən dövrü ərzində ölkə ərazisində havanın temperaturu iqlim normasından 4-7.2 dərəcə çox olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36, bölgələrdə isə 39 dərəcəyə qalxıb. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 27 m/s, bölgələrdə isə 34 m/s-yə çatıb”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam