Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq

 

Sabah Astara və Yardımlı rayonlarının bəzi ərazilərində qaz kəsiləcək.

Yenixeber.org-un məlumatına görə, Astara rayonu ərazisində yerləşən Maşxan, Təngərüd, Kakalos, Pensər, Şiyəkəran, Kolatan, Balaca Şahağacı, Qamışovka, Çayoba, Şahağac kəndləri və Siyəkü inzibati ərazi dairəsini təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xəttində mövcud olan sızmaların aradan qaldırılması üçün sabah saat 14:00-dan işlər yekunlaşana qədər ümumilikdə 6600 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin Yardımlı rayonu ərazisində yerləşən “Əngəvül əhali” ölçü qovşağında görüləcək təkmilləşdirmə işləri ilə əlaqədar sabah saat 14:00-dan 16:00-dək Əngəvül, Bilnə, Bürzünbül, Vərgədüz, Züvüç və Zövnə kəndlərinin ümumilikdə 610 abonentinin qaz təchizatının "Əngəvül" qaz paylayıcı stansiyadan dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam