Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

  Cəlilabadda 400 minlik yol təmiri - Bir ildə 45 tenderin qalibi seçilən sirli şirkət kimindir? -DE-FAKTO

Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyi "Topxana Layihə İnşaat” MMC ilə maliyyə dəyəri 394 817,84 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq. 
Yenixeber.org: Şirkət qurumun Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 
"Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur. 
Şirkətin adı 2021-ci ilədək RRT LTD Firması kimi qeyd edilib. RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə "Topxana Layihə İnşaat” MMC-yə çevrilib. Bu halda "Topxana Layihə İnşaat” MMC-nin 1996-cı ildə qeydiyyata alınması başa düşülmür. 
"Topxana Layihə İnşaat” MMC 2023-cü ilin iyun ayına qədər 10 manatlıq nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Həmin ayda nizamnamə kapitalı artırilaraq 110 000 AZN-ə çatdırlıb. 
Şirkətin nizamnamə kapitalı artırıldıqdan sonra tenderlərdə fəal iştirak etməyə başlayıb və 45 tenderin qalibi seçilib. Bu tenderlərin əksəriyyəti iri məbləğlidir. 
"Topxana Layihə İnşaat” MMC-nin qısa müddət ərzində tender kralına çevrilməsi şirkətin hansısa səlahiyyətli şəxsə məxsus olması barədə şübhələrə yol açıb.
Cəlilabadın yollarına gəlincə, şəhər nümayəndəliyi 2022-ci ildə yolların təmirinə 346 146,68 AZN, 2021-ci ildə 504 662,4 AZN, 2020-ci ildə isə 651 965,33 AZN xərcləyib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O, 2021-ci ildən bu vəzifədədir. Rafiq Cəlilovun Cəlilabad şəhəri üzrə nümayəndəsi isə Ramil Əmənovdur. Ramil Əmənov bu vəziəfəyə 2022-ci ildə təyin edilib.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam