Bu ərazimizə 16 sm qar yağdı
Oktyabrın 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenixeber.org-a verilən məlumata görə, Şahdağ, Qoşqar (Daşkəsən) və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.
Qar örütüyü hündürlüyü Şahdağda 16 sm olub.
Düşən yağıntının miqdarı Lənkəranda 90 mm (aylıq normanın 36%-i), Göyçayda 53 mm (aylıq normanın 90%-i), İsmayıllıda (İvanovka) 52 mm (aylıq normanın 41%-i), Lerikdə 49 mm (aylıq normanın 51%-i), Astara, Yardımlıda 44 mm, Biləsuvarda 34 mm (aylıq normanın 74%-i), Zərdabda 34 mm (aylıq normanın 88%-i), Balakəndə 32 mm, Kürdəmirdə 32 mm (aylıq normanın 69%-i), İmişlidə 31 mm (aylıq normanın 75%-i), Qəbələdə 31 mm (aylıq normanın 25%-i), Qaxda 28 mm, Qrızda 25 mm, Ağsuda 22 mm, Şahdağ, Sabirabadda 21 mm, Beyləqanda 19 mm (aylıq normanın 50%-i), Tərtər, Oğuzda 18 mm, Neftçalada 17 mm (aylıq normanın 38%-i), Ağdam, Biçənəkdə 17 mm, Gədəbəydə 16 mm, Göygöl, Şərurda 15 mm, Mingəçevirdə 15 mm (aylıq normanın 37%-i), Daşkəsəndə 14 mm, Şəkidə 13 mm, Zaqatala, Şamaxıda 12 mm, Naftalanda 11 mm, Sədərək, Zaqatala, Şahbuzda 9 mm, Qobustan, Culfa, Naxçıvanda 8 mm, Gəncə, Yevlax, Ordubadda 7 mm, Xaltan, Bərdə, Cəfərxan, Şirvan, Qusar, Şəmkir, Ceyrançöl, Göytəpə, Kəlvəz, Tovuz, Altıağac, Qubada 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb. Şamaxı, Şəki, Balakən, Kürdəmir, Qrızda duman müşahidə olunub.