Səlim Müslümovun nəzərinə
30 saylı TSEK-nın sədri dəllalıqda ittiham olunur
Redaksiyamızın elektron poçtuna Cəlilabad rayonu Hamarqışlaq kənd sakini Əsədov Sakit Əvəz oğlunun şikayət məktubu daxil olub. Sakit Əsədov müraciətində 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Xoşbəxt Ağayevanın fəaliyyətindən kəskin narazılıq edir. Təəssüf ki, çalışsaq da Xoşbəxt xanımla əlaqə yarada bilmədik. Əldə etdiyimiz telefon nömrəsinə cavab verən şəxs Xoşbəxt xanımın həyat yoldaşı olduğunu bildirdi. Cavabı isə gözlənilməz və maraqlı oldu: Sizə nə şikayət gəlibsə verib, onsuz da Xoşbəxt xanım da sizə belə cavab verəcək(?)
Məktubu olduğu kmi dərc edirik.
Yazıb sizə bildirirəm ki, yaxın qohumlarımın sənədlərindən sarı Cəlilabadda yerləşən 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişəm. Qardaşım, qardaşımın 2 oğlu, qaynımın oğlu hamısı ağır xəstədir. 2 ildən çoxdur ki, ailəvi hamımız TSEK-ə gedib gəlirik, yollardayıq. Heç birimiz də saxta xəstə deyilik, hamımız ağır vəziyyətdəyik, əlilik.
1. Qardaşım Əsədov Paşa Əvəz oğlu qara ciyərindən 4 dəfəəməliyyat olunub. Daxili orqanları hamısı zədəlidir. Ağciyər vərəmidir, qan qusur. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda əməliyyat olunub. Xəstəlik tarixindən çıxarış da həmin institutdan verilib.
2. Qardaşım oğlu Əsədov Şaməddin Davud oğlu həm ağciyərindən, həm də qara ciyərindən xəstədir. Vərəmdir. Əsgərlikdə cəmi 3 ay qalıb, xəstəliyi şiddətləndiyindən “komsovat” olunaraq buraxılıb.
3. Qardaşım oğlu Əsədov Müşfiq Davud oğlunun beynində spazma var, sudorqa gedir. Hərbi xidmətə aparılmadı, yararsız hərbi bilet verildi. Dayandığı yerdə birdən ürəyi keçir, yerə yıxılır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunub, akt da ordan verilib.
4. Qaynımın oğlu Əsgərov Əsgər Rövşən oğlunun gözləri görmür, çəpdir. 2-3 il idi ki, əlillik pensiyası alırdı. Təkrar komissiyasının vaxtıydı, 30 saylı TSEK-ə gətirdik, komissiya sədri Xoşbəxt Ağayeva deyir ki, pensiyanı kəsəcəm, əlilliyini ləğv edəcəm. Niyə? Deyin görək, Xoşbəxt Ağayeva gözüçer adamın əlilliyini hansı haqla ləğv edə bilər?
30 saylı TSEK-ə göndərilmiş yeni sədr Xoşbəxt Ağayeva bu sadaladığım adamların heç birini əlil kimi qəbul etmir, deyir heç biriniz əlil deyilsiniz, gedin hara şikayət edirsiniz edin, mən sizəəlillik pensiyası almağa imkan verməyəcəyəm. Sadaladığım adamların üçü qan qusur, tüpürəndə qan gəlir. Bu adamlar yeriyə bilmirlər yataq xəstyəsidirlər, gəlin baxın. Onları maşına qoyub TSEK-ə hər dəfə gətirə bilmirəm, Xoşbəxt xanımın qəbuluna düşmək üçün gərək uzun növbəyə dayanasan, basabas və qırğındır.