Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Zaqatalada təbiətə 200 min ziyan vurulub, cinayət işi başlanıb

 Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Yenixeber.org: Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı Bəhmətli bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və laqeyd münasibəti nəticəsində qeyd olunan ərazidə ümumilikdə 97 ədəd ağacın qanunsuz kəsilməsi, bununla da təbiətə 200 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam